Azərbaycanın paraatıcısı Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycanın paraatıcısı Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.
"QELEBE.AZ" xəbər verir ki, paraatıcılıq üzrə milli komandamızın üzvü Aybəniz Babayeva Paris-2024 Paralimpiya Oyunlarında iştirak edəcək.
Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında idmançımıza Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.

https://qalaba.az//uploads/photo/azerbaycanin-paraaticisi-paris-2024-paralimpiya-oyunlarina-lisenziya-qazanib.webp











