Azərbaycanda 8 Regional Voleybol Klubu yaradılıb

Azərbaycanda 8 Regional Voleybol Klubu yaradılıb

Azərbaycanda 8 Regional Voleybol Klubu (RVK) klubu yaradılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Qərar AVF-nin İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul olunub. Tədbirdə fedrasiya prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri, yüksək liqa komandalarının, Regional Voleybol Klublarının rəhbərləri və federasiyanın digər əməkdaşları iştirak ediblər.

Ş.Bağırov hər kəsi salamlayıb, müzakirəyə çıxarılacaq məsələləri diqqətə çatdırıb. Sonra F.Orucov gündəlikdə duran birinci məsələ ilə bağlı ətraflı məlumat verib. Baş katib bildirib ki, bölgələrdə voleybolun inkişafı, aşağı yaş qruplarının yaradılması, gənc qız və oğlanların sağlam həyat tərzinin təmin olunması məqsədilə 8 RVK yaradılıb.

Bu gün yüzlərlə yeniyetmə paytaxtda və bölgələrdə voleybolla məşğul olur. Onların gələcəkdə klublarda çıxış etməsi və milli komandalara cəlb olunmasının vacibliyini vurğulayan F.Orucov bu məqsədlə RVK-lar və Yüksək Liqada çıxış edən klublar arasında müqavilələr imzalanacağını bildirib. Ardınca klub və RVK rəhbərləri bu məsələ ilə bağlı rəsmi sənədləri imzalayıblar.

Beləliklə, “Sumqayıt RVK” (qız), “Şərqi Zəngəzur RVK” (qız) “Abşeron VK”nın, “Bakı RVK” (qız, oğlan), “Oğuz RVK” (qız, oğlan), “Sumqayıt RVK” (oğlan) “Azərreyl VK”nın, “Naxçıvan VF” (oğlan), “Şərqi Zəngəzur RVK” (oğlan), “Tovuz RVK” (qız, oğlan), “Hacıqabul RVK” (qız, oğlan) "Murov Az Terminal VK”nın, “Gəncə RVK“ (oğlan) “Neftçi VK”nın, “Naxçıvan VF” (qız) “Milli Aviasiya Akademiyası VK”nın, “Gəncə RVK” (qız) isə “Gəncə VK”nın nəzarətinə verilib.

Tədbirdə bu layihənin həm klub, həm də RVK-lar üçün böyük əhəmiyyət kəsb etdiyi, həmçinin Azərbaycan voleybolu üçün uğurlu olacağı bildirilib. Hər bir kluba və RVK-ya fəaliyyətlərində uğurlar arzu edilib.

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Komanda
Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Komanda
Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Komanda
Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub