Azərbaycanın çimərlik futbolu millisinin yeni baş məşqçisi təyinatı ilə bağlı danışıb

Azərbaycanın çimərlik futbolu millisinin yeni baş məşqçisi təyinatı ilə bağlı danışıb

Azərbaycanın çimərlik futbolu millisinin yeni baş məşqçisi Sahib Məmmədov təyinatı ilə bağlı təəssüratlarını bölüşüb.

"QELEBE.AZ" xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə danışıb.

O,əvvəlcə özü barədə məlumat verib: “2008-2014-cü illər aralığında çimərlik futbolu üzrə milli komandamızın formasını geyinmişəm. Ardından iki il Türkiyədə çıxış etdikdən sonra 2016-cı ildən bu ilə qədər Litvada yaşamışam. 2018-ci ildə futbolçu karyeramı başa vurmuşam, 2019-cu ildən bu ilin mayına qədər isə Litva millisində baş məşqçi kimi çalışmışam. Ötən il Avropanın B Divizionunun qalibi olduq və Litva yığması tarixində ilk dəfə A Divizionuna yüksəldi”.

S.Məmmədov Azərbaycana qayıtdığı üçün xoşbəxt olduğunu bildirib:

“Rəhbərlik mənə güvənib dəvət etdi. Buna görə onlara təşəkkürümü bildirirəm. Doğma vətənimdə çalışacağım üçün çox xoşbəxtəm. Türkiyə və Litvada kifayət qədər təcrübə toplamışam. Azərbaycan millisinin uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm”.

Baş məşqçi Bakıda çimərlik futbolunun inkişafı üçün hər cür şəraitin olduğunu sözlərinə əlavə edib:

“Bakıda çox gözəl çimərlik futbolu meydançası var. Su İdmanı Sarayında yaradılan şərait dünyanın heç yerində yoxdur. Hava durumu da burada hazırlıq keçməyə imkan verir. Təkcə yayda yox, qışda da məşq etmək mümkündür. Çimərlik futbolunun inkişafı üçün ölkə çempionatı keçirilsə, çox yaxşı olar. Belədə milliyə seçim imkanı da geniş olar. Bundan əlavə, beynəlxalq turnirlərə qatılmaq futbolçuların təcrübəsini artırar. Nə qədər çox oyun olsa, inkişaf bir o qədər sürətli gedər”.

Baş məşqçi milli ilə bağlı gələcək planlarını və hədəflərini də açıqlayıb:

“Avqustun 1-də məşqlərə başlayacağıq. 12 oyunçuya dəvət göndərmişəm. Onların hamısının kifayət qədər təcrübəsi var. Bu heyətlə iki il davam etmək olar. Ancaq məqsədim bir il ərzində ən azı 5-6 gənc oyunçu yetişdirib milliyə cəlb etməkdir. Oktyabrda İspaniyada dünya çempionatının seçmə mərhələsi keçiriləcək. Hədəfimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq olacaq. Çimərlik futbolu üzrə millimiz indiyə qədər heç vaxt mundialda iştirak etməyib. İki ildən bir seçmə mərhələ keçirilir. Vaxtımız az olsa da, bu tarixi yazmaq üçün əlimizdən gələni edəcəyik. Gələn il isə Avropanın B Divizionunda mübarizə aparacağıq. B Divizionunun çempionu kimi A Divizionuna qayıtmaq istəyirik”.

Qeyd edək ki, S.Məmmədovla müqavilənin müddəti 1 illikdir.

Futbol
"Sumqayıt" qanalı hücumçu ilə müqavilə imzalayıb

"Sumqayıt" qanalı hücumçu ilə müqavilə imzalayıb

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ" çox yaxşı komandadır"

"Nant"ın futbolçusu: "Qarabağ" çox yaxşı komandadır"

Futbol
"Sabah"ın məşqçisi: "Realizasiya yaxşı deyildi"

"Sabah"ın məşqçisi: "Realizasiya yaxşı deyildi"

Futbol
FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

Futbol
Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Futbol
“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

Futbol
İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

Futbol
"Barselona" səfər oyununda "Atletiko Madrid"i məğlub edib

"Barselona" səfər oyununda "Atletiko Madrid"i məğlub edib

Futbol
DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

Futbol
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Futbol
Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"