"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

"Bakıdakı məğlubiyyətə baxmayaraq, "Nant" yaxşı komandadır. Heyətində keyfiyyətli oyunçular var. Düşünürəm ki, "Qarabağ" üçün asan olmayacaq".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın Sabiq futbolçusu Donald Gerye "köhlən atlar"ın Fransada "Nant"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, meydan sahibləri evdə yaxşı təsir bağışlasa da, Ağdam klubu səfərdən istədiyi nəticə ilə qayıtmaq gücündədir: "Qarabağ"ın Qurban Qurbanov kimi baş məşqçisi var. İstənilən komandanı dəqiq analiz edib, futbolçularına lazımi tapşırıqları verir. Orada oynayarkən bunun dəfələrlə şahidi olmuşam. Bu baxımdan "Qarabağ"ın səfərdə ən azı heç-heçə edib, pley-offa çıxacağını düşünürəm".

Hazırda Kiprin "Olimpiakos" (Nikosiya) klubunda çıxış edən 33 yaşlı oyunçu "Qarabağ"ın Avropa Liqasında daha yaxşı nəticələrə imza atacağına inandığını söyləyib: "Çünki çox yaxşı komandadır. Qurban Qurbanov futbolçularda qələbə mentalitetini formalaşdırıb. Hər oyunda qalib gəlmək istəyirlər. Hesab edirəm ki, qrupdan çıxmaq komandaya əlavə motivasiya verəcək. Hazırda "Qarabağ"ın əla hücum xətti var. Təbii ki, müdafiə və yarımmüdafiəçiləri də unutmaq olmaz. Bir sözlə, komanda ideal vəziyyətdədir. Bunları nəzərə alsaq, mümkün qədər irəliləyə biləcəklərini söyləmək olar. Niyə də olmasın?!".

O, dəqiq proqnoz verməyin çətin olduğunu vurğulayıb: "Konkret olaraq, hansı mərhələyədək gedəcəklərini demək mümkün deyil. Çünki müasir futbolda gözlənilməz nəticələr çox olur. Sadəcə, onu deyə bilərəm ki, komanda inkişaf etmək üçün çox çalışır. Üstəlik, "Qarabağ"ın Ağdamı təmsil etməsi komandaya sanki əlavə güc verir. Bu, sıradan komanda deyil. Müharibədən əziyyət çəkmiş insanların ümid yeridir. Ona görə də "Qarabağ"ın ölkədə kifayət qədər azarkeş dəstəyi var. Bu komandanın üzvüsənsə, təkcə özün üçün deyil, həm də insanlar üçün oynayırsan".

Gerye indiyədək "Qarabağ"ın heç bir oyununu buraxmadığını əlavə edib: "Mən futbolçu kimi məhz bu komandada böyümüşəm. Orada keçirdiyim gözəl anları heç vaxt unuda bilmərəm. Ona görə də "Qarabağ"ın həm avrokuboklardakı, həm də Azərbaycan çempionatındakı bütün matçlarına baxıram".

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

Futbol
UEFA "Qarabağ"dan reportaj hazırlayıb

UEFA "Qarabağ"dan reportaj hazırlayıb

Futbol
Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Futbol
UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

Futbol
"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

Futbol
PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

Futbol
Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Futbol
Premyer Liqa rekordu: “Mançester Yunayted" ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

Premyer Liqa rekordu: “Mançester Yunayted" ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Futbol
Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Futbol
"Neftçi"nin şikayəti təmin olunmayıb

"Neftçi"nin şikayəti təmin olunmayıb

Futbol
Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək