Azərbaycanın çimərlik güləşçiləri Rumıniyada 2 gümüş medal qazanıb

Azərbaycanın çimərlik güləşçiləri Rumıniyada 2 gümüş medal qazanıb

Azərbaycanın çimərlik güləşçiləri Rumıniyanın Timişoara şəhərində keçirilən Dünya Seriyasında 2 gümüş medal qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib.

Rəşid Babazadə ukraynalı Oleksey Boruta (1:1), yunanıstanlı Vasileos Kesidis (3:0) və amerikalı Miçel Brauna (2:1) qalib gələrək A qrupunda 1-ci yeri tutub. Güləşçimiz 1/4 finalda rumıniyalı Razvan Kovaçdan (3:0), yarımfinalda isə ukraynalı İvan Semyonovdan (3:0) güclü olub. Finalda türkiyəli Yunus Coşkuna minimal fərqlə (0:1) uduzan güləşçi gümüş medalı boynundan asıb ki, bu da Rəşidin bu növdə ilk medalı olub.

Ramiz Həsənov A qrupunda moldovalı Yon Marku (2:0), fransalı Huqo Kueno (+:-) və amerikalı Hunter Qarvinə (2:0) qalib gəlib. Qrup lideri kimi yarıımfinala yüksələn Həsənov finalın bir addımlığında ABŞ təmsilçisi Daniel Kardenasa (1:2), üçüncü yer uğrunda görüşdə isə moldovalı Vasile Diakona (0:2) məğlub olub.

İbrahim Yusubov moldovalı Trayan Kapatina (3:0), ukraynalı Nazar Dod (3:0) və yunanıstanlı Xristos Samartsidisi (+:-) məyus edərək A qrupunda ilk pilləni tutub. Dünya çempionu yarımfinalda ukraynalı Oleksey Yakovçuka şans tanımayıb – 3:0. O, öncəki mərhələdə olduğu kimi, yenə finalda moldovalı Trayan Kapatinaya məğlub olub (2:4) və növbəti dəfə gümüş medalla kifayətlənib.

Komandamız 52 xalla ikinci yeri tutub. Millimiz çempion olan Türkiyədən cəmi 2 xal geri qalıb. ABŞ (45) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Dünya Seriyasının 4-cü mərhələsi 21-22 sentyabrda Yunanıstanın Katerini şəhərində baş tutacaq.

Fərdi
Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Fərdi
Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib

Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Fərdi
Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Fərdi
Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Fərdi
Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb

Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb

Fərdi
İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

Fərdi
Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Fərdi
Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Şəkidə "İdman festivalı 2022"nin açılışı olub