Azərbaycanın basketbol millisi Avropa çempionatına qələbə ilə start verib
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün ilk matçına çıxıb.
"QELEBE.AZ" xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Albaniya ilə qarşılaşıb.
Matç yığmamızın 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan yığması qrupda Albaniya ilə yanaşı, Gürcüstan və Ermənistanla mübarizə aparacaq. Milli növbəti oyunlarını iyulun 24-də Gürcüstana, 25-də isə Ermənistana qarşı keçirəcək.

https://qalaba.az//uploads/photo/azerbaycanin-basketbol-millisi-avropa-chempionatina-qelebe-ile-start-verib.webp











