"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

"Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ikinci görüşündə Serbiya "Loznika Qrad"ı ilə üz-üzə gəlib. Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da oynanılan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionundan yeganə qolu 19-cu dəqiqədə Vitao vurub.

Qrupda keçirdiyi ardıcıl ikinci oyunda da uduzan "Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirib.

Qrupun digər görüşündə Bosniya və Herseqovina "Mostar"ı İsveç "Erebru"su ilə qarşılaşacaq.

Çempionlar Liqası

Əsas mərhələ, II tur

27 oktyabr

19:30. "Loznika Qrad" (Serbiya) - "Araz-Naxçıvan" (Azərbaycan) - 4:1

Qollar: Mladen Koçiç, 13; 37. Nemanya Milosavlyeviç, 16. Dorce Roşiç, 24 - Vitao, 19

Qeyd edək ki, "Araz Naxçıvan" ilk matçda "Erebru"ya 2:5 hesabı ilə uduzub.

Futbol
Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Futbol
Türkiyə millisi B Liqasına yüksəlib, Fransa və Niderland qələbə qazanıb

Türkiyə millisi B Liqasına yüksəlib, Fransa və Niderland qələbə qazanıb

Futbol
Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Futbol
Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Futbol
AFFA dörd klubu cəzalandırıb

AFFA dörd klubu cəzalandırıb

Futbol
Yunanıstanda azərbaycanlı azarkeşlər hücuma məruz qalıb - VİDEO

Yunanıstanda azərbaycanlı azarkeşlər hücuma məruz qalıb - VİDEO

Futbol
İspaniya Kosta-Rikanı darmadağın edib

İspaniya Kosta-Rikanı darmadağın edib

Futbol
Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"

Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"

Futbol
Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Futbol
Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Futbol
FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"

FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"

Futbol
Luis Suares Braziliya klubu ilə anlaşıb

Luis Suares Braziliya klubu ilə anlaşıb