Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

"Ölkəmizdə güləşin nə qədər güclü olduğunu göstərmək istəyirik".

Bunu "Report"a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı danışarkən deyib.

55 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa tam sürətlə hazırlaşdıqlarını bildirib: "Dünya çempionatından az müddət keçib. Buna baxmayaraq, heç birimiz istirahət etmədən güclü hazırlıq prosesinə start vermişik. Komanda olaraq özümüzü ən yaxşı şəkildə göstərmək niyyətindəyik. 2022-ci ilə yaxşı start vermişik. İlin ilk yarısında Avropa çempionu adını qazandıq, daha sonra isə komanda olaraq dünya ikinciliyinə sahib çıxdıq. Qarşıda bizi daha bir mötəbər turnir gözləyir. Bakıda güləşdiyimiz üçün Dünya Kuboku bizim üçün daha çox vacibdir".

30 yaşlı güləşçi Dünya Kubokunun püşkünün tam ədalətli olduğunu sözlərinə əlavə edib: "Turnirdə Türkiyə, İran, Azərbaycanla yanaşı dünya yığması da iddialıdır. Güclülərdən ikisi bir qrupa, digər ikisi isə başqa qrupa düşüb. Bizim qrupdakı ən böyük rəqibimiz dünya seçməsidir. Son dünya çempionatında Serbiya da özünü yaxşı tərəfdən göstərib və 4 qızıl medal qazanıb. Buna baxmayaraq, digər çəkilərdə boşluqları var. Onları buna görə üstələyəcəyimizi düşünürəm. Dünya yığmasında isə son mundialın medalçıları yer alıb. Qrupda ən çətin görüşümüz onlara qarşı olacaq".

2 qat dünya və 2 qat Avropa çempionu ilin son sınağına çıxacaqlarını vurğulayıb: "Azərbaycan çempionatında iştirak etməyəcəyəm. Amma 2023-cü ilin ilk yarısında bizi ciddi sınaqlar gözləyir. Məşqçilər və federasiya rəhbərliyinin qərarı ilə hansı çəkidə mübarizə aparacağımızı müəyyənləşdirəcəyik".

Qeyd edək ki, Bakı İdman Sarayındakı Dünya Kuboku 5-6 noyabrda olacaq.

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Fərdi
Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Fərdi
Useyn Bolt milyonlarla dollar itirib

Useyn Bolt milyonlarla dollar itirib

Fərdi
Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Fərdi
Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Fərdi
Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Fərdi
ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

Fərdi
Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Fərdi
"Shusha Chess 2022" turnirində VI tura start verilib

"Shusha Chess 2022" turnirində VI tura start verilib

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın cüdo millisi finala yüksəlib

Fərdi
Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"