Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.
"Report"un məlumatına görə, açılış oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bölgə təmsilçisinə 3 xal qazandıran qolu 88-ci dəqiqədə Şəhriyar Əliyev vurub.
Bu nəticədən sonra xallarını 15-ə çatdıran "Turan Tovuz" 6-cı pillədəki yerini qoruyub. 4 xalı olan "Sumqayıt" isə sonuncudur.
Qeyd edək ki, XII turun "Kəpəz" - "Səbail", "Zirə" - "Neftçi" görüşləri oktyabrın 29-da, "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları oktyabrın 30-da olacaq.

https://qalaba.az//uploads/photo/azerbaycan-premyer-liqasi-turan-tovuz-autsaydere-qalib-gelib.webp











