Qurban Qurbanov: Bu, Azərbaycanın, mənim “Qarabağ”ım idi

Qurban Qurbanov: Bu, Azərbaycanın, mənim “Qarabağ”ım idi

Bu, Azərbaycanın, mənim “Qarabağ”ım idi.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bolqarıstan təmsilçisi "Ludoqorets"ə (Bolqarıstan) qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 7:2 hesablı qələbəni şərh edib:

"Futbolçularımı təbrik edirəm. Bu matçda məğlub olsaydıq da, oyundan həzz alırdım. Bakıda da bu komandanın gücünü görmüşdük. Bizə xoş olmayan oyun üslubuna malikdirlər. Bunun da qarşısını almalı idik. Hesabda öndə olsaq da, standart vəziyyətlərdən iki qol buraxdıq. Rəqibin ən üstün tərəfi olan əks-hücumlarda bir az diqqətsiz oynadıq. Amma oyunu ələ almağı bacardıq. Futbolçularla da söhbətimiz olmuşdu ki, sonadək soyuqqanlı oynamalıyıq. İlk dəqiqələrdə bir az həyəcan olsa da, oyunu tam ələ ala bildilər. Ümidsiz deyildim və futbolçulara demişdim ki, belə matçlardan çox keçmişik. Onlara hətta 120 dəqiqə oynamalı ola biləcəyimizi söyləmişdim. Psixoloji cəhətdən buna hazır olmalı idik. Futbolçularıma yalnız “afərin”, “əhsən” düşür. Bütün Azərbaycanı, azarkeşlərimizi təbrik edirəm. Bu oyun sanki bir triller idi. Bu, Azərbaycanın, mənim “Qarabağ”ım idi. “Qarabağ”ımı təbrik edirəm”.

Q.Qurbanov Çempionlar Liqasının pley-offunda qarşılaşacaqları “Dinamo” (Zaqreb, Xorvatiya) oyunu barədə də danışıb:

“Hazırda rəqib haqda heç bir məlumatın yoxdur. Bütün fikirlərimiz bu oyunda idi. “Dinamo” birbaşa pley-offda bizi gözləyən rəqibdir. Çox böyük təcrübəyə malik komandadır. Qarşıdakı günlərdə yaxından tanımağa çalışacağıq. Mərhələ keçdikcə bizi qarşıda daha ciddi, daha təcrübəli rəqiblər gözləyir. Buna hazır olmalıyıq. Bu matçın sevincini tez yaddan çıxarmalı və növbəti görüşə hazır olmağa çalışmalıyıq. Amma zədəlilərimiz problem yarada bilər. Belə qarşılaşmaların gedişində rotasiyalar etmək çox vacibdir. İnanıram ki, futbolçularım tam hazır olacaq. Çox istədim ki, bu kollektiv Çempionlar Liqasının əsas mərhələsində oynasın. Bu günə kimi çox böyük iş gördük. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Onlar bizə həmişə inanıblar, güvəniblər”.

Qeyd edək ki, səfərdə rəqibinə 7:2 hesabı ilə qalib gələn "Qarabağ" qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlib. Ağdam təmsilçisinin bu mərhələdəki rəqibi "Dinamo" (Zaqreb) kollektivi olacaq.

Futbol
"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

Futbol
Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Futbol
Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Futbol
"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

Futbol
Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Futbol
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Futbol
“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

Futbol
Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Futbol
Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Futbol
Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Futbol
"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

Futbol
Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib