Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb - YENİLƏNİB - 9

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb - YENİLƏNİB - 9

"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.

“Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib - 2:2.

Qonaqlardan 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan (2:1) "Zirə" tarixində ilk dəfə pley-offa yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə görüşəcək.

23:01

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əlavə vaxt başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, görüş 2:2 hesabı ilə yekunlaşıb.

Cütün taleyinə penaltilər seriyasında aydınlıq gələcək.

22:23

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əsas vaxt başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, hazırda hesab bərabərdir - 2:2.

Səfərdəki ilk görüşdə də heç-heçə (1:1) qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub.

Komandalar hər biri 15 dəqiqədən ibarət olan iki hissədə güclünü müəyyənləşdirməyə çalışacaq.

22:18

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan təmsilçisi növbəti dəfə hesabı bərabərləşdirib - 2:2.

90-cı dəqiqədə Davit Volkov tarazlığı bərpa edib.

22:09

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, qonaqlar yenidən hesabda önə keçiblər - 2:1

81-ci dəqiqədə Anton Matkoviç fərqlənib.

21:42

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan təmsilçisi 54-cü dəqiqədə hesabı bərabərləşdirib - 1:1.

Qismət Alıyev penaltini dəqiq yerinə yetirib.

21:31

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, hazırda qonaqlar hesabda öndədirlər - 1:0.

37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

21:18

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, qonaqlar fasiləyə öndə yollanıblar - 1:0.

37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

21:09

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, qonaqlar görüşdə hesabı açıblar.

37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

20:30

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, “Liv Bona Dea Arena”dakı matç saat 20:30-da start götürüb.

Görüşü avstriyalı Xulian Veynberqer idarə edir.

Qeyd edək ki, səfərdəki ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 1:1.

Futbol
"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

Futbol
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

Futbol
Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var

Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var

Futbol
Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Futbol
Avropa klublarının Ronaldunun transferindən imtina etməsinin səbəbləri açıqlanıb

Avropa klublarının Ronaldunun transferindən imtina etməsinin səbəbləri açıqlanıb

Futbol
Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

Futbol
Avropa çempionu 29 yaşında millidəki karyerasını bitirib

Avropa çempionu 29 yaşında millidəki karyerasını bitirib

Futbol
"Səbail"in Antalyadakı rəqiblərindən biri müəyyənləşib

"Səbail"in Antalyadakı rəqiblərindən biri müəyyənləşib

Futbol
AFFA “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb

AFFA “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb

Futbol
Arda Turan karyerasını başa vurub

Arda Turan karyerasını başa vurub