Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib

Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi baş tutub.

"Report" xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan tədbirdə ön söz gənclər və idman naziri Fərid Qayıbova verilib.

Nazir federasiyaya yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlığını bildirib:

"İldən-ilə bütün idman növləri inkişaf edir. Paris-2024 Yay Olimpiya Oyunlarında ilk dəfə 15 idman növündə təmsil olunurduq. Kamandan oxatma da bu idman növlərindən biri idi. Təbii ki, hər birimiz Yaylagül Ramazanovaya azarkeşlik edirdik. O, Paris-2024-də mərhələ adlamaqla yeni uğura imza atdı".

Ardınca Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev Avropa Oyunları Parkına gələn hər kəsi görməkdən məmnun olduğunu söyləyib.

Qurum rəhbəri son illərdə ölkədə kamandan oxatmanın inkişaf etdiyini deyib:

"Bu, qədim idman növünü yaşadan hər kəsə öz təşəkkürümü bildirirəm. Son illər Azərbaycanda kamandan oxatmaya maraq artmaqdadır. Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Yaylagül Ramazanovanın çıxışını xüsusi vurğulamaq istəyərdim. İnanıram ki, onun açdığı cığırla digər idmançılarımız da gedəcəklər".

Dövlət Himninin səsləndirilməsinin ardından idmançılar sıralama atışları ilə yarışa start veriblər.

Qeyd edək ki, birincilikdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparır.

Kişi və qadın idmançılar üç kateqoriya - 16 yaşına qədər yeniyetmələr (30 metr), 16-18 yaşlı gənclər (60 metr) və böyüklər (70 metr) üzrə yarışırlar. Oxatanların 1/4 finaldan finala qədər davam edəcək mübarizəsinə avqustun 25-də yekun vurulacaq.

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub