Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf yenidən Rumıniyanın "Styaua" komandasının sükanı arxasına keçə bilər.

"QELEBE.AZ" "Prosport.ro" saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bu posta əsas namizəd hesab olunur.

İddiaya görə, Buxarest klubu bu keçid üçün Azərbaycan təmsilçisinə 350 000 avro təzminat ödəməlidir. Çünki onun "ağ-qaralar"la müqaviləsində belə bir bənd var. Amma yerli mətbuat hesab edir ki, tərəflər məbləğlə bağlı ortaq məxrəcə gələ bilərlər.

"Styaua"nın prezidenti Cici Bekalini narahat edən digər məqam isə təcrübəli baş məşqçinin "Neftçi"dəki maaşıdır. Paytaxt təmsilçisində ayda 40 000 avro məvacib aldığı iddia olunan mütəxəssisin Rumıniya klubundan ən azı 20 000 avro tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var. O, 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"ya rəhbərlik edib. Komanda bu mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Futbol
"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

Futbol
Samir Abasov: "Oyun yoxdursa, nə danışasan?"

Samir Abasov: "Oyun yoxdursa, nə danışasan?"

Futbol
Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Futbol
DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

Futbol
Zoltan Gera: "Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır"

Zoltan Gera: "Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır"

Futbol
Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Futbol
Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Futbol
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

Futbol
"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

Futbol
Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb