Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük"

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük"

"Keçmişə qayıtmaq istəmirəm, uğursuz seriya haqqında düşünmürük".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya "Frayburq"una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis ardıcıl 9-cu dəfədir iştirak etdikləri avrokubokların qrup mərhələsində sonuncu oyunların heç birində qalib gələ bilməmələri ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, hazırda yalnız sabahkı matçı fikirləşirlər: "Bütün fikrimiz bu oyundadır. Qarşımızda intizamlı, güclü komanda var. Ona görə də istəyirik ki, tam gücümüzlə bu matça köklənək".

O, görüşün mahiyyətini yaxşı dərk etdiklərini söyləyib: "Qrupda məğlubiyyəti olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi artıq tanıyırıq, oyunçularına bələdik. Futbolçularıma güvənirəm. Ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik".

Qurbanov zədəli futbolçuların durumundan da söz açıb: "Bədavi Hüseynov oynamayacaq. Leandro Andrade də zədəlidir. Qara Qarayev isə hələlik komanda ilə məşq etmir".

"Frayburq"un artıq liderliyi təmin etməsinə toxunan təcrübəli mütəxəssis deyib ki, bəzi komandalar lazımi nəticəni əldə edəndə daha rahat oynayırlar: "Bəzən isə xal lazım olan komandada gərginlik daha çox olur. Biz daha çox öz oyunumuzu fikirləşirik. Amma sabah rəqibin niyyətini daha dəqiq biləcəyik. Görək, hansı heyətlə çıxacaqlar və necə oynayacaqlar?"

Baş məşqçinin sözlərinə görə, son vaxtlar psixoloji durum barədə çox danışılır: "Biz hamımız peşəkarıq. Bilirik ki, ya qalib gələcəyik, ya da məğlub olacağıq. "Nant"la oyunumuzdan sonra Şahruddin Məhəmmədəliyevin adı çox hallandı. Səhvsiz futbolçu yoxdur. Bu hal həm məni narahat edir, həm də komandada təzyiq yaradır. Azarkeşlərimizi də yaxşı başa düşürəm. Həmişə onlara güvənmişk. Hamımız birlikdə gücümüzü bir edib rəqiblərə qalib gələ bilərik. Anma bu cür hallar pis təsir edir. Bununla belə, hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Futbolçuların hamısı başa düşür ki, bu cür oyunlarda özlərini necə aparmaq lazımdır".

Qurbanov "Frayburq"la qarşılaşmanı 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində Danimarka "Kopenhagen"inə qarşı keçirdikləri cavab matçı ilə müqayisə edib: "Əslində bu müqayisə mənim üçün elə də asan deyil. İlkləri əldə etmək çox yaxşı hissdir. Ad olaraq Çempionlar Liqasının qrupunda oynamaq daha yaxşı kimi görünsə də, mən bu oyunu ondan zəif saymıram. Həyəcan, təbii ki, həmişə olur. Amma biz artıq müəyyən qədər təcrübəli komandayıq. Sabahkı oyuna tam ciddiyyətlə hazırlaşırıq".

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

Futbol
Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək

Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək

Futbol
Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Futbol
Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Futbol
Zaur Axundov: "Qarşıya 2 oyundan maksimum xal toplamağı məqsəd qoymuşdum"

Zaur Axundov: "Qarşıya 2 oyundan maksimum xal toplamağı məqsəd qoymuşdum"

Futbol
“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Futbol
"Qəbələ"nin legioneri: "Hər dəfə qələbə qazanmaq mümkün olmur"

"Qəbələ"nin legioneri: "Hər dəfə qələbə qazanmaq mümkün olmur"

Futbol
"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

Futbol
Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

Futbol
"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

Futbol
Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb

Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb

Futbol
“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib

“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib