Türkiyəli mütəxəssis: Gəncəni ikinci vətənim kimi görürəm

Türkiyəli mütəxəssis: Gəncəni ikinci vətənim kimi görürəm

Gəncənin yeri qəlbimdə hər zaman fərqli olacaq. Oranı ikinci vətənim kimi görürəm.

Bunu "Report"a açıqlamasında "Gəncə" basketbol klubundan ayrılan baş məşqçi Bedri Meriç deyib.

Türkiyəli mütəxəssis sabiq komandasında yaxşı mövsüm keçirdiyini bildirib:

"Mövsümü səkkizinci sırada bitirməyimizə baxmayaraq, "Gəncə" ilə yaxşı mövsüm keçirdik. Bir oyunda da qalib gəlsəydik, pley-off mərhələsində çıxış edəcəkdik. Çempionatdakı ən aşağı büdcəli komandalardan biri idik. Bəzi səbəblərə görə yeni mövsümdə "Gəncə" ilə yola davam etmədim. O şəhərin yeri qəlbimdə hər zaman fərqli olacaq. Oranı ikinci vətənim kimi görürəm. Gəncədə çox gözəl qonaqpərvərlik və isti münasinət gördüm. Çalışdığım müddətdə çox gözəl dostlar qazandım".

Yeni mövsümdə "Şəki" klubunu çalışdıracaq B.Meriç uğur qazanacaqlarına inandığını söyləyib:

"Şəki" ötən mövsümü sonuncu pillədə bitirsə də, orada yaxşı komandanın qurulacağına inanıram. Azərbaycan millisində oynayan türk əsilli basketbolçunu da heyətimizə cəlb etdik. Bundan başqa, təcrübəli, qələbə əzmi olan ABŞ-li basketbolçular heyətdə yer alacaqlar. İnşallah, "Şəki" son sıradan çıxacaq və pley-offa vəsiqə qazanan bir komanda olacaq. Mənim üçün şəhərlərin fərqi yoxdur. Gəncədə yaşayarkən də işim basketbol idi. Şəkidə də basketbolla məşğul olacam. İşimi sevərək həyata keçirdiyimə görə mənim üçün şəhərlərin fərqi yoxdur".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının 2024/2025 mövsümü oktyabrda başlayacaq.

Fərdi
Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Fərdi
Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Fərdi
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb

Fərdi
Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Fərdi
Şəkidəki ilk idman festivalından reportaj

Şəkidəki ilk idman festivalından reportaj

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Fərdi
Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Fərdi
Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Fərdi
Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb

Fərdi
Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub