"Milan"ın hücumçusu Çempionlar Liqasında yeni nailiyyətə imza atıb
İtaliyanın "Milan" klubunun futbolçusu Olivye Jiru UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.
"QELEBE.AZ"un məlumatına görə, fransalı hücumçu buna Avstriya "Zaltsburq"una 4:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin VI tur oyununda nail olub.
Forvard qarşılaşmada iki qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Jiru bu cür statistikaların toplanmağa başlandığı 2003/2004 mövsümündən sonra qitənin bir nömrəli klub turnirində 3 və daha çox qolun vurulmasında iştirak ədən ən yaşlı oyunçu adına sahib çıxıb. O, bunu 36 yaş 33 günündə bacarıb.
Qeyd edək ki, Olivye Jiru cüri mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

https://qalaba.az//uploads/photo/milanin-hucumchusu-chempionlar-liqasinda-yeni-nailiyyete-imza-atib.webp











