Fərid Qayıbov Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı" komandası ilə görüşüb

Fərid Qayıbov Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı" komandası ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Polşada təşkil olunan minifutbol üzrə Avropa Çempionlar Liqasının qalibi “Birbaşa Bakı”komandası ilə görüşüb.

"QELEBE.AZ"un məlumatına görə, toplantıda məşqçi və oyunçuların yarışla bağlı təəssüratları dinlənilib.

Ölkəmizi turnirdə layiqincə təmsil etdiklərinə və qazanılan yüksək nailiyyətə görə onları təbrik edən nazir və federasiya prezidenti bu qələbənin Azərbaycanda minifutbolun inkişafının bariz nümunəsi kimi qiymətləndiriblər.

Fərid Qayıbovun sözlərinə görə, milli Avropa çempionu olduqdan sonra minifutbola maraq artıb: "Federasiyanın gördüyü işləri, milli çempionatı yüksək səviyyədə keçirməsinin nəticəsidir ki, klublarımız və millimiz beynəlxalq arenada uğurlu nəticələr əldə ediblər.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov xoş sözlərə görə nazirə təşəkkürünü çatdırıb. Bütün idman növlərində olduğu kimi minifutbola da dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edən edən federasiya rəhbəri bu amilin uğurların qazanılması üçün əlavə stimulm olduğunu deyib.

"Birbaşa Bakı" komandasının təsisçisi Ramin Hacıyev isə nazir və federasiya prezidentinə xoş sözlərə və diqqətə görə minnətdarlığını bildirib. Komandanın Çempionlar Liqasının qələbə qazanmasını Azərbaycanın bir daha idman ölkəsi olmasıı ilə əlaqələndirən klub rəsmisi gələcəkdə beynəlxalq arenalarda uğur qazanmaq üçün daha səylə çalışacaqlarını vurğulayıb. Görüşdə həmçinin komanda üzvləri yarışla bağlı təəssüratlarını bölüşüblər. Sonda "Birbaşa Bakı" komandasının forması nazir Fərid Qayıbova təqdim olundu və xatirə şəkli çəkdirilib.

Futbol
Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Futbol
Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Futbol
"Nant" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

"Nant" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

Futbol
Canni De Byazi: "Bakıda da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan"

Canni De Byazi: "Bakıda da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan"

Futbol
Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

Futbol
Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Futbol
UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

Futbol
DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

Futbol
Azərbaycanın U-19 millisinin Avropa çempionatı üçün yekun heyəti bəlli olub

Azərbaycanın U-19 millisinin Avropa çempionatı üçün yekun heyəti bəlli olub

Futbol
Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Futbol
Messi sentyabrda Birinci Liqada ən yaxşı oyunçusu seçilib

Messi sentyabrda Birinci Liqada ən yaxşı oyunçusu seçilib