"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

"Bəlkə də "Qarabağ"ın tarixindəki ən gözəl matç idi. Möhtəşəm oynadıq".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner bildirib ki, "köhlən atlar" statistik göstəricilərdə rəqibini tam üstələyib: "Topa sahibolma nisbəti 55:45 bizim tərəfimizdə idi. İkinci hissədə 10 nəfərlə oynasaq da, yenə matça biz nəzarət edirdik. Pasların dəqiqliyi 82 faiz idi. Bunlar önəmli rəqəmlərdir".

T.Gözəlin sözlərinə görə, qrupdakı vəziyyət "Nant"ın vurduğu qollardan sonra dəyişib: "Yaddan çıxarmayaq ki, rəqib Bundesliqa təmsilçisi idi. Büdcələri 100 milyonlarla ölçülür. Futbolçularının dəyəri 3-5 milyon arasında dəyişir. Əlbəttə, "Qarabağ"la fəxr edirəm. Çox gözəl oyun alındı".

O, UEFA Konfrans Liqasında öz sözlərini deyəcəklərini vurğulayıb: "Arzum əvvəlcə 1/4 final, arcınca isə yarımfinaldır. Finaladək getmək istəyirik. özümüzə inanırıq. Bu mövsüm Avropa Liqasının ən yaxşı 3 komandasından biri məhz "Qarabağ"dır".

Transfer məsələsinə də toxunan klub prezidenti indiki məqamda bunu fikirləşmədiklərini əlavə edib: "Çünki pəncərə bağlıdır. Gələcəkdə isə komanda mütləq güclənəcək. Hər zaman bu barədə düşünürük. Daim axtarışdayıq".

T.Gözəl hakim idarəçiliyindən narazılığını gizlətməyib: "Mənə xoş təsir bağışlamadı, peşəkarlıqdan uzaq göründü. Qırmızı vərəqəyə layiq deyildik. Çox ağır qərar oldu. Bu, gələcək matçlarımıza da təsir göstərəcək. Vurduğumuz qollar sayılmadı. Həm sevindik, həm üzüldük. Lakin qərarlara hörmətlə yanaşırıq".

Konfrans Liqasında hədəflərinin böyük olduğunu söyləyən funksioner mübarizənin davam etdiyini bildirib: "Millət olaraq, son damla qanımıza qədər vuruşacağıq. Bu gün "Qarabağ"ın arxasındakı güc bizə ümid verir. Bizi buraya gətirən Ali Baş Komandanın, xalqın inamıdır. Sonadək mübarizə aparacağıq. Hələ deməyə sözümüz var".

Futbol
Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Futbol
İspaniyanın qadınlardan ibarət millisi dünya çempionu olub

İspaniyanın qadınlardan ibarət millisi dünya çempionu olub

Futbol
"Bavariya" yeni rekorda imza atıb

"Bavariya" yeni rekorda imza atıb

Futbol
Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Futbol
"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

Futbol
“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

Futbol
"Qarabağ"ın futbolçusu Vadjinin komandadan ayrılmasına münasibət bildirib

"Qarabağ"ın futbolçusu Vadjinin komandadan ayrılmasına münasibət bildirib

Futbol
Veteran futbolçu: "Hər zaman yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm"

Veteran futbolçu: "Hər zaman yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm"

Futbol
Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Futbol
Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Futbol
Ronaldu AVRO-2024-də oynamaq istəyir

Ronaldu AVRO-2024-də oynamaq istəyir