Peşəkar Futbol Liqasının yeni saytı istifadəyə verilib

Peşəkar Futbol Liqasının yeni saytı istifadəyə verilib

Peşəkar Futbol Liqasının yeni saytı istifadəyə verilib.

"Report"un məlumatına görə, minimalist üslubda, xüsusi dizaynda hazırlanan saytda hər liqanın öz "pəncərə"si var və hər birində özünəməxsus rənglərdən istifadə olunub.

Sayta daxil olarkən ilk olaraq Premyer Liqa səhifəsi açılır. Səhifədə cari turun oyunlarını görmək mümkündür. Matçların əks olunduğu hissənin üzərinə toxunuş etdiyiniz zaman hər oyunda baş verən hadisələr xüsusi infoqrafika vasitəsilə göstərilir.

Oyunların aşağısındakı 36 rəqəm turlara işarədir.

Klubların loqolarına toxunuş edildikdə isə məlumatlarla zəngin nəfis tərtibata şahid ola bilərik.

Ardınca xəbər manşeti gəlir.

Manşetin aşağı hissəsində Premyer Liqanın turnir cədvəli təqdim olunur. "Ətraflı" düyməsini seçməklə eyni səhifədə Azərbaycan çempionatlarının istənilən mövsümünün turnir cədvəlini izləmək mümkündür.

Cədvəlin sağında bombardirlər siyahısında ilk "üçlük" şəkilləri və adları ilə təqdim olunur. Bombardirlər siyahısının alt hissəsindəki "ətraflı" düyməsi bölmə haqqında daha müfəssəl informasiya almaq üçündür.

Səhifənin davamında son turun icmallarını, həmçinin oyunlardan fotoalbomları görə bilərik. “Yüzlər klubu”nda Azərbaycan çempionatlarında ən çox qol vuran, ən çox oyun keçirən, həmçinin bir klubda ən çox matç keçirmiş futbolçuların siyahısını və göstəricilərini görürük.

Xüsusi məqam Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Peşəkar Futbol Liqasının rəsmi saytında klublarımızın avrokubok çıxışları haqda məlumatların arxivinin yaradılmasıdır.

Sosial lövhədə PFL-in feysbuk və instaqram sosial şəbəkələrindəki müxtəlif paylaşımlarını görə bilərik.

Daha bir yenilik PFL-in akkreditasiya qeydiyyatı ilə bağlıdır. Belə ki, ilk dəfə olaraq bu müraciətlər tam olaraq onlayn şəkildə həyata keçiriləcək.

Saytın Azərbaycan Kuboku turnirinə aid “kubok” bölməsində oyunların olduğu əsas səhifə ilə yanaşı, “Sxem” bölməsinə toxunuş edərək ölkə kubokunun ümumi sxeminə baxmaq mümkündür.

Yeni saytda I Liqa, II Liqa və Əvəzedicilər Liqası "pəncərələr"inin xəbər manşeti eyni olsa da, digər bölümlər hər liqanın özünə məxsus olacaq. Saytın əsas səhifəsindən fərqli olaraq bu turnirlərin əsas səhifələrində onların videoicmallarının paylaşıldığı I Liqa / II Liqa yutub kanalı yerləşdirilib.

I Liqa, II Liqa və Əvəzedicilər Liqası "pəncərələr"inin klublar, komandaların sifarişləri, bombardirlər səhifələrinin dizaynları saytın əsas səhifəsinin dizaynının ümumi vəhdətini pozmamaqla yanaşı, ondan fərqlidir.

Futbol
"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb

"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb

Futbol
Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Futbol
İstanbul derbisinin hakimləri bəlli olub

İstanbul derbisinin hakimləri bəlli olub

Futbol
Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Futbol
DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

Futbol
Azərbaycanlı futbolçu dünya reytinqində ilk “10-luq”dan kənarda qalıb

Azərbaycanlı futbolçu dünya reytinqində ilk “10-luq”dan kənarda qalıb

Futbol
Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Futbol
"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

Futbol
AFFA və PFL rəhbərliyi Qərb bölgəsinə səfər edib

AFFA və PFL rəhbərliyi Qərb bölgəsinə səfər edib

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i qəbul edəcək

Futbol
Azərbaycanın çimərlik futbolu üzrə millisi 9-12-ci yerlər uğrunda mübarizə aparacaq

Azərbaycanın çimərlik futbolu üzrə millisi 9-12-ci yerlər uğrunda mübarizə aparacaq

Futbol
Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Ekvador millisi dünya çempionatından kənarlaşdırılır