“Sumqayıt”ın futbolçusu: Ümidvaram ki, “qara zolaq”dan qısa zamanda çıxacağıq - MÜSAHİBƏ

“Sumqayıt”ın futbolçusu: Ümidvaram ki, “qara zolaq”dan qısa zamanda çıxacağıq - MÜSAHİBƏ

“Sumqayıt” klubunun futbolçusu Kamran Quliyev “QELEBE.AZ”a müsahibə verib. 24 yaşlı hücumçu avqust ayında “Səbail”ə vurduğu qolun “ayın qolu” seçilməsinə münasibət bildirib, həmçinin komandasının cari mövsümdəki çıxışına toxunub. O, Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə geridə qalan 7 turla bağlı düşüncələrini də bölüşüb, “Turan Tovuz”un çıxışını xüsusi fərqləndirib.

- Azərbaycan Premyer Liqasının III turunda “Səbail”ə vurduğunuz qol “ayın qolu” seçildi. Təəssüratlarınız necədir?

- Dəstək göstərən hər kəsə təşəkkürümü bildirirəm. Gözləyirdim və ayın qolu seçilməsini istəyirdim. Bu mənə əlavə motivasiya verir. Növbəti oyunlarda da oynasam, qol vurmağa çalışacağam.

- Qol epizodunu necə təsvir edərdiniz?

- Əvvəlcə topu qapıçının başı üzrəindən qapıya göndərmək istəyirdim. Sonradan qapıçının topa gecikdiyini gördüm və onu keçməyi üstün tutdum ki, qol 100 faizlik olsun. Əsas odur ki, qələbə qazandıq və həmin vaxt sevincli idim. Artıq 4 oyundur uduzuruq, inanıram ki, yaxşı olacaq.

- “Sumqayıt”ın cari mövsümdəki nəticələri hələlik ürəkaçan deyil. Komandanın çıxışı haqqında nə düşünürsünüz?

- “Qara zolağ”a düşmüşük. Hər komandanın başına gələ biləcək haldır. Qısa zamanda toparlanıb çıxış yolu axtarmalıyıq. Nə etsək, komanda şəklində özümüz edəcəyik. Növbəti oyunlara hazırlaşacağıq, ümidvaram ki, “qara zolaq”dan qısa zamanda çıxacağıq.

- Komandada uyğunlaşma problemi var? Hansı çatışmazlıqları qeyd edə bilərsiniz?

- Çatışmazlıqlarla bağlı baş məşqçi danışa bilər. Uyğunlaşma probleminə gəlincə, yerli və ya xarici futbolçular üzərlərinə düşəni edirlər. Legionerləri xoş qarşılayırıq, hər şeylə tanış edirik. Yerli oyunçular olaraq üzərimizə düşəni edirik, amma bu, onların beynində necə formalaşır, deyə bilmərəm.

- “Qara zolağ”a düşməyinizin səbəbini avrokuboklardakı uğursuzluqla əlaqələndirmək mümkündür?

- İnanmıram, səbəb bu olsun. Avrokuboklardakı çıxışımızın üzərindən xeyli müddət keçib. Üstəlik, 2 oyunda - “Səbail” və “Kəpəz” klubları üzərində qələbə qazanmışıq. Nə oldusa, bundan sonra oldu. Səbəbini bilmirəm. Ümidvaram ki, yaxın vaxtlarda məşqçilər heyəti çıxış yolu tapar.

- “Sumqayıt” klubunun cari mövsümdə hədəfləri nədir?

- İndidən bu barədə danışmaq çətindir. Çünki cəmi 7 tur oynanılıb. Yüksək yerləri tutmaq istəyirik.

- Cari mövsümlə bağlı fikirləriniz necədir? Ötrənilki çempionata baxanda hansı fərqlər var?

- “Şamaxı” güclənib. Buna görə çox şadam, çünki komandanın keçmiş futbolçusu olmuşam. “Şamaxı”nın uğurları məni sevindirir. “Turan Tovuz” yaxşı formalaşdırılmış komandadır. “Qarabağ” haqqında danışmağa ehtiyac görmürəm, çünki “1 nömrə”dir. Biz də əlimizdən gələni etməyə çalışacağıq.

- “Turan Tovuz”un “Qarabağ”ı məğlub edəcəyi nə dərəcədə gözlənilən idi?

- Futbolda belə hallar olur. Bəzən olur ki, 90 dəqiqə hücum edirsən, amma qol vura bilmirsən. Autsayder komanda isə bir dəfə hücum edir, qol vurur və qələbə qazanır. “Turan Tovuz” mövsümə yaxşı başlayıb, görək necə olacaq. Biz öz oyunumuza fokuslanmışıq.

Futbol
Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Futbol
Taleh Nəsibov: "Azərbaycan çempionatında iştirak etmək istəyən komandalar çoxdur"

Taleh Nəsibov: "Azərbaycan çempionatında iştirak etmək istəyən komandalar çoxdur"

Futbol
"Olimpiakos"un qapıçısı əməliyyat olunub

"Olimpiakos"un qapıçısı əməliyyat olunub

Futbol
İlin futbolçusu adına namizədlər açıqlanıb

İlin futbolçusu adına namizədlər açıqlanıb

Futbol
Avropa Liqası: "Qarabağ" fasiləyə məğlub yollanıb

Avropa Liqası: "Qarabağ" fasiləyə məğlub yollanıb

Futbol
AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası üçün ilkin heyəti UEFA-ya göndərib

“Araz-Naxçıvan” Çempionlar Liqası üçün ilkin heyəti UEFA-ya göndərib

Futbol
"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

Futbol
AFFA formasında adı olmayan futbolçuya görə “Şamaxı”nı 3 min manat cəzalandırıb

AFFA formasında adı olmayan futbolçuya görə “Şamaxı”nı 3 min manat cəzalandırıb

Futbol
Arsen Venger Azərbaycan millisinin qrupunu dəyərləndirib

Arsen Venger Azərbaycan millisinin qrupunu dəyərləndirib

Futbol
Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Futbol
FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub