Arif Əsədov: "Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı"

Arif Əsədov: "Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı"

"Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı. Amma olmadı. Heç bir faciə də baş vermədi".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov "Qarabağ"ın UEFA Avropa Liqasındakı çıxışını dəyərləndirərkən deyib.

52 yaşlı mütəxəssis "köhlən atlar"ın tək sonuncu - VI turda Almaniya "Frayburq"u ilə oyundakı yox, qrupdakı ümumi performansını yüksək qiymətləndirdiyini bildirib: "Xüsusilə də dünənki oyuna görə komandaya alqış düşür. Rəqiblər çox güclü olsa da, Ağdam klubu ilə fəxr edə bilərik. Çətin qrupda özündən söz etdirə bildi".

O, Azərbaycan çempionunun Bakıda "Frayburq"la 1:1 hesablı heç-heçədən sonra Avropa Liqasının pley-off mərhələsinə çıxa bilməməsini ilk növbədə bəxtsizliklə, bəzi anlarda isə hakimliklə əlaqələndirib: "Hardasa fərdi səhvlərin də təsiri oldu ki, komanda qrupda 2-ci yeri tuta bilmədi. Futbol səhvlər oyunudur. Əsas odur ki, "Qarabağ" bu səhvlərdən nəticə çıxararaq, inkişaf yolundadır".

Əsədov bildirib ki, matçın baş hakimi Aleksey Kulbakovun qonaqlara simpatiyası hiss olunurdu: "Marko Veşoviçin vurduğu qolda oyundankənar vəziyyət olduğunu deyirlərsə, ən azından ondan əvvəlki epizodda penaltini təyin edərdilər. Hakim epizodun əvvəlinə qayıdırdısa, 11 metrlik nöqtəni göstərməli idi. Amma bütün bunlar "Qarabağ"ı sındırmadı. Komanda azlıqda olmağına baxmayaraq, mübarizlik, xarakter göstərdi".

Məşqçinin sözlərinə görə, pley-offa çıxmaq üçün azacıq nəsə çatmadı: "Hiss olunurdu ki, qrupun digər oyununda Yunanıstanda "Olimpiakos"un qonağı olan Fransa "Nant"ı Bakıdakı matçın nəticəsini gözləyirdi. Ümumi götürsək, "Qarabağ" qrupda çox yaxşı təsir bağışladı. Komanda Azərbaycanı bu cür nəhəng yarışda əla təmsil etdi. Düşünürəm ki, bunun davamını Konfrans Liqasında da gətirəcəklər".

Mütəxəssis Konfrans Liqasının pley-off mərhələsində də asan rəqiblərin olmadığını vurğulayıb: "Buna baxmayaraq, "Qarabağ" irəli gedə bilər. Məncə, hazırda komandada rəqabət var. Bu mənada heyət pley-off mərhələsi üçün yetərlidir. Əsas odur ki, zədələr olmasın".

Futbol
“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb

“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb

Futbol
DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

Futbol
El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

Futbol
Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Futbol
Neymar Braziliyadakı prezident seçkilərində səs verə bilməyib

Neymar Braziliyadakı prezident seçkilərində səs verə bilməyib

Futbol
Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

Futbol
"Qarabağ"dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzalayıb - RƏSMİ

"Qarabağ"dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzalayıb - RƏSMİ

Futbol
Veteran futbolçu: "Hər zaman yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm"

Veteran futbolçu: "Hər zaman yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm"

Futbol
"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

Futbol
Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Futbol
Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Futbol
Türkiyə klubu avrokubok matçından öncə kuryoz hadisə ilə üzləşib

Türkiyə klubu avrokubok matçından öncə kuryoz hadisə ilə üzləşib