Azərbaycan yığmasının məşqçisi: "İdman xoşbəxtliyi “Qarabağ”dan üz döndərib"

Azərbaycan yığmasının məşqçisi: "İdman xoşbəxtliyi “Qarabağ”dan üz döndərib"

İdman xoşbəxtliyi “Qarabağ”dan üz döndərib.

Bunu “Report”a açıqlamasında Azərbaycanın U-21 millisinin məşqçisi Emin İmaməliyev UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutan “Tottenhem” (İngiltərə) - “Qarabağ” görüşü barədə danışarkən deyib.

“Hesab oyuna görə olmadı. Nəzərə alaq ki, komanda xeyli müddət yolda qalmışdı. Futbolçu bir neçə saat avtobusda oturursa, istər-istəməz bunun da təsiri olur. Düzdür, ilk dəqiqələrdə “Qarabağ” zəif təsir bağışlayırdı. Sonradan özünə gəlməsinə baxmayaraq, təəssüf ki, 0:3 hesabı ilə məğlub oldu. Son vaxtlar komandanı sanki “bağlayıblar”. Avrokuboklarda qollar vura bilmirlər. Zaqreb “Dinamo”su ilə oyunda da xeyli imkanlar qaçırdılar. “Tottenhem”lə oyunda penaltidən fərqlənə bilmədilər. Bu da sözünü dedi. Belə demək mümkünsə, “Qarabağ” oynadı, “Tottenhem” qol vurdu. İdman xoşbəxtliyi “Qarabağ”dan üz döndərib. Desəm ki, ustalıq səviyyəsi azdır, belə deyil. İmkan yaradırsan, top qapıdan keçmir. Lakin öz qapında rahat qollar görürsən”, - o söyləyib.

"Qarabağ"ın sabiq futbolçusu “Tottenhem” kimi top-klublarda “ikinci heyət” anlayışı olmadığını bildirib:

“Bildyimə görə, rəqibin bir neçə futbolçusu zədə səbəbindən oynamayıb. Amma belə komandalarda birinci və ya ikinci heyət anlayışı yoxdur, olmamalıdır. İngiltərə Premyer Liqası hazırda dünyanın ən güclü çempionatı sayılır. “Tottenhem” hər il çempionluq uğrunda yarışan komandadır. Hətta daha çox ehtiyatda qalanlar özlərini ən yaxşı şəkildə göstərməyə çalışırlar ki, mütəmadi meydana çıxsınlar. Buna baxmayaraq, ilk 15-20 dəqiqəni nəzərə almasaq, “Qarabağ” çox yaxşı oynadı”.

E.İmaməliyev “Qarabağ”ın müdafiəçisi Toral Bayramovun 11 metrlik cərimə zərbəsindən yararlana bilməməsinə də toxunub:

“Düşünürəm ki, oyundan əvvəl penaltini hansı futbolçunun vuracağı dəqiqləşdirilir. Əvvəlki matçlarda Toral penaltidən fərqlənib. Səhv etmirəmsə, “Bayer 04”ə qarşı görüşdə cərimə zərbəsindən yararlana bilmişdi. Sadəcə, düşünürəm ki, həmin anda soyuqqanlı olmayıb. Elə zərbə vurdu ki, top tirə dəyib yuxarı getdi. Soyuqqanlı, səbrli davrnmaq lazım idi. Bəlkə həyəcan da olub. Amma “Qarabağ”ın Avropa arenalarında böyük təcrübəsi var”.

Qeyd edək ki, “Tottenhem” - “Qarabağ” matçı İngiltərə klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Futbol
UEFA "Qəbələ" klubuna ödəniş edib

UEFA "Qəbələ" klubuna ödəniş edib

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

Futbol
"Bavariya" yeni rekorda imza atıb

"Bavariya" yeni rekorda imza atıb

Futbol
DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

Futbol
Rusiya kubokunda oyun zamanı kütləvi dava baş verib  - VİDEO

Rusiya kubokunda oyun zamanı kütləvi dava baş verib - VİDEO

Futbol
"Qarabağ" - "Nant" oyunu üçün 21 min bilet satılıb

"Qarabağ" - "Nant" oyunu üçün 21 min bilet satılıb

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

Futbol
Moldovalı qapıçı: "Azərbaycanla oyunda qələbə seriyasını davam etdirmək istəyirik"

Moldovalı qapıçı: "Azərbaycanla oyunda qələbə seriyasını davam etdirmək istəyirik"

Futbol
PFL prezidenti "Qarabağ" klubunun rəhbərliyi ilə görüşüb

PFL prezidenti "Qarabağ" klubunun rəhbərliyi ilə görüşüb

Futbol
DÇ-2022: Almaniya millisinin yekun heyəti açıqlanıb

DÇ-2022: Almaniya millisinin yekun heyəti açıqlanıb

Futbol
Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib