Premyer Liqa: "Neftçi" VIII turda da qələbə qazana bilməyib
"Neftçi" Azərbaycan Premyer Liqasının VIII turunda da qələbə qazana bilməyib.
"Report"un məlumatına görə, "ağ-qaralar" doğma meydanda "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisində 70-ci dəqiqədə Cordan Rezabala hesabı açıb. Meydan sahiblərində Yuri Matias 76-cı dəqiqədə tarazlığı bərpa edib.
Paytaxt klubu bu nəticədən sonra beş xalla 8-ci, qonaqlar yeddi xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk matçında "Zirə" "Kəpəz"i üç cavabsız qolla üstələyib. Ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib - 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.

https://qalaba.az//uploads/photo/premyer-liqa-neftchi-viii-turda-da-qelebe-qazana-bilmeyib.webp











