Böyük Dəbilqənin qalibi olmuş Azərbaycan cüdoçusu: "Görüşlərin asan keçdiyini demək olmaz"
"Rəqiblərim güclü idi. Ona görə də görüşlərin asan keçdiyini demək olmaz".
"QELEBE.AZ"un məlumatına görə, bunu Bakıdakı Böyük Dəbilqə turnirində qızıl medal qazanan Balabəy Ağayev jurnalistlərə açıqlamasında deyib.
60 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı özünə çox inandığını söyləyib: "Şükürlər olsun ki, bu inamı doğrultdum. Bu, mənim Böyük Dəbilqə turnirlərində ikinci qələbəmdir. 10 gün öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən yarışdan bürünc medalla qayıtmışdım. Yorğun idim, lakin dincəlmək imkanım oldu".
O bildirib ki, əsas məqsədi bundan sonrakı yarışlara da yaxşı şəkildə hazırlaşıb qələbə əldə etməkdir".

https://qalaba.az//uploads/photo/boyuk-debilqenin-qalibi-olmush-azerbaycan-cudochusu-gorushlerin-asan-kechdiyini-demek-olmaz.webp











