Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

QELEBE.AZ saytının məlumatına görə, 2022-ci ilin arxada qalan hissəsində keçirilən nüfuzlu yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan cədvəldə planetin 122 ölkəsi yer alıb.

Azərbaycanın mövqeyində ciddi dəyişiklik olub. Ölkəmiz ötən reytinq cədvəli ilə müqayisədə böyük irəliləyiş əldə edib.

162 xala malik Azərbaycan dünyada 46-cıdır. Ötən cədvəldə 89-cu olan idmançılarımız 43 pilləlik sıçrayışa nail olub.

Yalnız dörd ölkə daha çox irəliləyib. İran 71, Türkiyə 52, Bolqarıstan 48, Özbəkistan 45 addım sıçrayış edib.

Olimpiya Oyunları və digər multi-idman yarışlarında olduğu kimi reytinqdə də idmanımızı güləşçilər ön sıralara qaldırıb. 162 xalın 87-si yunan-Roma, 47-si sərbəst güləşçilərin aktivindədir. Qılıncoynadanlar 42, bədii gimnastlar isə 6 xal qazandırıb.

Azərbaycan Avropada 26-cı yerdədir. Qardaş Türkiyə 168 xalla dünyada 45-ci, qitədə 25-cidir.

Siyahıya 4768 xalla ABŞ başçılıq edir. Kanada (2107) ikinci, İtaliya (2017) üçüncüdür. Fransa (1938), Almaniya (1907) və Avstraliya (1759) da ilk “altılıq”da yer alıb.

Qeyd edək ki, Azərbaycan 2021-ci ildə 43-cü, 2019-cu ildə 47-ci, 2018-ci ildə 40-cı olub. 2020-ci ildə isə koronavirus səbəbindən siyahı tərtib olunmayıb.

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Digər növlər
"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Digər növlər
“Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salınıb

“Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salınıb

Digər növlər
Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Digər növlər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

Digər növlər
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

Digər növlər
Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Digər növlər
Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Digər növlər
Azərbaycanı beynəlxalq drift yarışında  təmsil edəcək pilot seçilib

Azərbaycanı beynəlxalq drift yarışında təmsil edəcək pilot seçilib

Digər növlər
Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Digər növlər
Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ