Azərbaycan yığmasının baş məşqçisi "U-16 Türkdilli Ölkələr Turniri”ndə çıxışı dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi "U-16 Türkdilli Ölkələr Turniri”ndə çıxışı dəyərləndirib

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Aqil Nəbiyev komandanın Ərzurum şəhərində keçirilən "U-16 Türkdilli Ölkələr Turniri”ndə çıxışını dəyərləndirib.

42 yaşlı mütəxəssis “QELEBE.AZ”a açıqlamasında rəhbərlik etdiyi millinin ilk dəfə beynəlxalq turnirə qatıldığını söyləyib.

“Bu, komandanın ilk turniri idi. Uşaqları liqalardan izləyib dəvət etmişik. 3 günlük məşqdən sonra turnirə yollanmışıq. Türkiyənin U-16 yığması 3 ilə yaxındır birlikdədir. 30-dan çox beynəlxalq yoldaşlıq görüşündə iştirak ediblər. Məşqçiləri ilə münasibətimiz yaxşıdır, söhbətimiz zamanı mənə 500 gündür məğlub olmadıqlarını dedi. Üç günə futbolçulara heç nə verə bilmirik. Turnirdə əsas məqsədimiz komandanı iş başında görmək idi. Yeni komandadır, çatışmazlıqlar çoxdur. Oyunlar zamanı çatdıra bilmirdilər, tez-tez dəyişməli olurduq. Üstəlik, bizdə liqaların və meydanların hansı vəziyyətdə olduğunu bilirsiniz. Uşaqlar yığmaya hazır gəlməlidirlər ki, onlardan lazımi şəkildə faydalana bilək”, - deyə A.Nəbiyev vurğulayıb.

O, yarışa nəticə qazanmaq üçün getmədiklərini deyib:

“Türkmənistan bir yaş böyük - U-17 komandası ilə təmsil olunurdu. Qırğızıstanla oyunun əsas vaxtı 0:0 hesabı ilə bitdi. Xeyli sayda qol imkanları yaratdıq. Penaltilərdən düzgün istifadə edə bilmədik. Söhbət Türkiyə, Türkmənistan və ya başqa komandadan getmir. Uşaqlar millidə ilk dəfə beynəlxalq oyunda iştirak etdilər. Ora da sırf nəticə qazanmaq üçün getməmişdik. Təbii ki, razı qalmadım, hər şeyin qaydasına düşməsi üçün zaman lazımdır”.

A.Nəbiyev qarşıdakı planlarla bağlı sualı cavablandırıb:

“Qarşıda yəqin ki, bir neçə təlim-məşq toplanışı olacaq. Lakin beynəlxalq oyunun olub-olmayacağı ilə bağlı konkret məlumat yoxdur. AFFA bununla bağlı axtarışdadır. Digər komandalar il ərzində xeyli sayda oyun keçirir. Nə qədər beynəlxalq oyunda iştirak etsək, bir o qədər inkşaf olar. Hərtərəfli çalışmaq lazımdır”.

Qeyd edək ki, Azərbaycan millisi “U-16 Türkdilli Ölkələr Turniri”ndə üç oyun keçirib. Türkmənistana 0:3, Türkiyəyə 0:6 hesabı ilə məğlub olan komanda sonuncu - əsas hissəsi 0:0 bitən görüşdə Qırğızıstan yığmasına penaltilər seriyasında uduzub - 2:4.

Futbol
Azərbaycan təmsilçisinin Çempionlar Liqasındakı oyunlarının başlama saatları açıqlanıb

Azərbaycan təmsilçisinin Çempionlar Liqasındakı oyunlarının başlama saatları açıqlanıb

Futbol
Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Futbol
"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

Futbol
Premyer Liqa: "Qarabağ" "Zirə"ni darmadağın edib

Premyer Liqa: "Qarabağ" "Zirə"ni darmadağın edib

Futbol
"Olimpiakos" ulduz futbolçunun müqaviləsini ləğv etmək istəyir

"Olimpiakos" ulduz futbolçunun müqaviləsini ləğv etmək istəyir

Futbol
Azərbaycan millisinin futbolçusu: "Almaniya klubunda düşmənçilik gördüm"

Azərbaycan millisinin futbolçusu: "Almaniya klubunda düşmənçilik gördüm"

Futbol
DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

Futbol
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

Futbol
Messi karyerasında 1000-ci oyununa çıxıb

Messi karyerasında 1000-ci oyununa çıxıb

Futbol
“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

Futbol
İlin ən yaxşı futbol klubu bəlli olub

İlin ən yaxşı futbol klubu bəlli olub

Futbol
"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib