Məcid Seyidov Naxçıvan şəhərində bədii gimnastların məşq prosesini izləyib

Məcid Seyidov Naxçıvan şəhərində bədii gimnastların məşq prosesini izləyib

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov Naxçıvan şəhərində Aytən Budaqovanın məşqçisi olduğu bədii gimnastika bölməsində məşq prosesini izləyib.

"QELEBE.AZ" xəbər verir ki, nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə idmanının inkişafı və qazanılan nailiyyətlər barədə danışıb.

Bildirib ki, ölkəmizdə sevilən və kütləviliyi ilə seçilən idman növlərindən biri kimi bədii gimnastikanın inkişafına xüsusi önəm verilir.

Birinci vitse-prezident, eyni zamanda Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastika idman növləri ölkəmizdə yüksək templə inkişaf edir, bu sahədə böyük nailiyyətlər əldə olunur. Məcid Seyidov əlavə edib ki, təmsil etdiyi qurumla Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AGF arasında uğurla davam edən əməkdaşlıq əlaqələri konteksində muxtar respublikada gimnastikanın inkişafı daim diqqətdə saxlanılır, məşqçi və idmançıların beynəlxalq yarışlarda, festival və təlim-məşq toplanışlarında iştirakı təmin olunur, maddi-texniki baza gücləndirilir.

Göstərilən diqqətə görə minnətdarlığını bildirən məşqçi Aytən Budaqova bölmənin fəaliyyəti və idmançıların hazırlıq vəziyyəti barədə məlumat verib. Qeyd olunub ki, 2019-cu ildən fəaliyyət göstərən bədii gimnastika bölməsində hazırda müəyyən qruplar üzrə ümumilikdə 100-ə yaxın uşaq məşqlərdə iştirak edir. Məşqlər Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və özəl fitness mərkəzində keçirilir. Bölmədə yüksək potensiallı idmançıların olması gələcək adına ümidvericidir.

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Fərdi
IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

Fərdi
Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Fərdi
Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Fərdi
Azərbaycan güləşçisi dünya çempionu olub - YENİLƏNİB

Azərbaycan güləşçisi dünya çempionu olub - YENİLƏNİB

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Fərdi
Azərbaycan millisinin futzalçısı: "Ancaq qələbə haqqında düşünürük"

Azərbaycan millisinin futzalçısı: "Ancaq qələbə haqqında düşünürük"

Fərdi
Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Fərdi
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb