Azərbaycan Basketbol Federasiyasının prezidenti: "Yeni mövsüm maraqlı olacaq"

Azərbaycan Basketbol Federasiyasının prezidenti: "Yeni mövsüm maraqlı olacaq"

Yeni mövsüm maraqlı olacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib.

Prezident daha maraqlı mövsüm gözlədiklərini vurğulayıb:

"Azərbaycan Basketbol Liqasına bu il daha iki klub qoşulub. Bundan başqa, format dəyişikliyi olub. Komandalar A və B qruplarına bölünüblər. Hər bir komandanın çempion olmaq imkanı var. Bu, yalnız A qrupuna aid deyil. Bunu güclülər liqası və ikinci dəstə kimi başa düşmək səhvdir. Sadəcə, çempionat daha çox oyun keçirilməsi məqsədilə belə təşkil olunacaq. Daha çox oyun olanda, çempionatın da maraqlı keçəcəyini gözləyirik. Təxminən 8 gündən sonra çempionat başlayır. Mənim üçün kimin çempion olmasının fərqi yoxdur. Güclü kmdirsə, o da qalib gəlsin".

O, yeni formatla bağlı bunları söyləyib:

"Çempionat elə qurulub ki, birinci "altılıq"dan 3, ikinci "altılıq"dan 1 komanda birbaşa pley-offa vəsiqə qazanacaq. Qalan komandalar pley-off mərhələsində oynayacaq. Qaliblər, yəni 8 komanda pley-offa vəsiqə əldə edəcək. Orada da qalib gələnlər növbəti mərhələyə yüksələcək, daha sonra ilk "altılıq" müəyyənləşəcək. Bilirsiniz ki, federasiya tərəfindən klublara maliyyə yardımı göstərilir. Növbəti illərdə çalışacağıq komandaların birinci və ya ikinci "altılığ"a düşməsindən asılı olmayaraq, diferensiallaşmış maliyyə ayrılsın. Ümumiyyətlə, çalışırıq ki, klubların işinə dəstək olaq, nəinki onları idarə edək. Hazırkı formatla ən azı növbəti 2-3 ildə də davam etmək istəyirik".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

Komanda
ABL-də 12-ci tura Astarada yekun vurulub

ABL-də 12-ci tura Astarada yekun vurulub

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Komanda
Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Komanda
ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq