Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

8 Noyabr- Zəfər Günü münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə keçirilən həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində mükafatçılar bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, əvvəlcə yarışdakı komandaların üzvrləri Məhərrəm İbrahimov və Sirac Abışovun məzarını ziyarət ediblər.

İlk olaraq üçüncü yer uğrunda görüş baş tutub. "Ada Təpə" "Ardanış"ı 3 cavabsız qolla üstələyib. Finalda isə "Göyçə" "Novoivanovka" ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında rəqibini 5:3 hesabı ilə üstələyən "Novoivanovka" turnirin qalibi olub.

Daha sonra mükafatlar, medallar və hədiyyələr təqdim edilib. Ən yaxşı oyunçusu adına "Göyçə"dən Səhman Xasıyev layiq görülüb. Yarışın bombardirləri "Ada Təpə"dən İsa İsayev, "Media"dan Rüstəm Abdullayevdir. Ən yaxşı qapıçı “Novoivanovka”dan Əmil Bayramov, ən gənc oyunçu onun komanda yoldaşı Murad Vəliyev, ən yaşlı futbolçu "Göyçə"dən Nəriman Həsənli olub. "Sadaxlı" isə ən intizamlı komanda kimi fərqləndirilib.

Xatirə turnirinin əl işindən hazırlanmış rəmzi kuboku Məhərrəm İbrahimovun övladları - Uğur İbrahimli və Toğrul İbrahimli təqdim ediblər.

Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də olub. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış", Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edib.

“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini "QELEBE.AZ" İnformasiya Agentliyi və Rakurs.az saytı verib.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Futbol
Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Futbol
Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Futbol
UEFA prezidenti: "Superliqa layihəsi ortaya çıxanda zəng vurub hədə-qorxu gəlirdilər"

UEFA prezidenti: "Superliqa layihəsi ortaya çıxanda zəng vurub hədə-qorxu gəlirdilər"

Futbol
Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Futbol
İlin ən yaxşı futbol klubu bəlli olub

İlin ən yaxşı futbol klubu bəlli olub

Futbol
“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

Futbol
Kapitan: “Neftçi”dəki maaşım əvvəlki klublarımdan azdır”

Kapitan: “Neftçi”dəki maaşım əvvəlki klublarımdan azdır”

Futbol
“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

Futbol
Rumıniyalı futbolçu: "Azərbaycanda maliyyə ilə bağlı heç bir problem yox idi"

Rumıniyalı futbolçu: "Azərbaycanda maliyyə ilə bağlı heç bir problem yox idi"

Futbol
"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

Futbol
UEFA prezidenti yeni müddətə namizədliyini irəli sürəcək

UEFA prezidenti yeni müddətə namizədliyini irəli sürəcək

Futbol
Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub

Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub