Milli Olimpiya Komitəsində Afrika qitəsindən gələn MOK rəsmiləri ilə görüş keçirilib

Milli Olimpiya Komitəsində Afrika qitəsindən gələn MOK rəsmiləri ilə görüş keçirilib

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Namibiya, Toqo, Burkina Faso, Komor adaları, Çad, Lesoto, Nigeriya, Madaqaskar və Esvatini Milli Olimpiya Komitələrinin rəsmiləri ilə görüş keçirilib.

MOK-dan "QELEBE.AZ"a verilən məlumata görə, görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq idarənin müdiri Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və MOK-un mətbuat xidmətinin rəhbəri Murad Fərzəliyev iştirak ediblər.

Çingiz Hüseynzadə qonaqları salamlayaraq belə böyük nümayəndə heyəti ilə dəyirmi masa ətrafında görüşdən məmnunluğunu bildirib.

Azər Əliyev çıxış edərək Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafından, dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan söz açıb.

MOK-un Beynəlxalq Proqramlar idarəsinin müdiri Anar Bağırov qonaqlara Azərbaycan idmançılarının qazandığı mükafatlar barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu beynəlxalq yarışlarında yüksək naliyyətlər qazanıblar. Bunun nəticəsidir ki, ölkəmiz tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib.

Komor adlarının Millli Olimpiya Komitəsinin baş katibi Hilmi Abud Said, Toqo Milli Olimpiya Komitəsinin prezidenti Deladem Akpaki, Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoagub çıxış edərək bildiriblər ki, ölkəmizə səfərləri zamanı burada olan idman infrastrukturu Afrika qitəsindən olan rəsmilərin diqqətindən yayınmayıb.

Onlar vurğulayıblar ki, Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı yüksək nailiyyətləri barədə kifayət qədər məlumatları var və əldə olunan medallar ölkəmizdə idmanın inkişafının göstəricisidir.

Afrika qitəsindən gələn MOK rəsmiləri Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi ilə idman sahəsində əməkdaşlığın gələcəkdə böyük səmərə verəcəyini söyləyiblər. Qonaqlar fürsətdən istifadə edib, ölkəmizdə səmimi qarşılanmaya görə öz təşəkkürlərini bildiriblər.

Fərdi
Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Fərdi
Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Fərdi
IBA Rusiya və Belarusu təmsil edən boksçuların beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

IBA Rusiya və Belarusu təmsil edən boksçuların beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

Fərdi
"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

Fərdi
Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Fərdi
Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Fərdi
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Fərdi
Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Fərdi
Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Fərdi
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Fərdi
Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"