ACF rəsmisi: "İdmançıların sağalması üçün ən qabaqcıl texnologiyaların tətbiq edilməsində maraqlıyıq"

ACF rəsmisi: "İdmançıların sağalması üçün ən qabaqcıl texnologiyaların tətbiq edilməsində maraqlıyıq"

İdmançıların yüksək performans göstərməsi, həmçinin onların zədələnməsinin qarşısının alınması və sürətlə sağalması üçün ən qabaqcıl texnologiyaların tətbiq edilməsində maraqlıyıq.

"QELEBE.AZ"un məlumatına görə, bunu Avropa Cüdo Birliyinin Tibb Komissiyasının Bakıda keçirilən tibbi seminarında jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

Qurum rəsmisi seminarın məqsədlərindən söz açıb:

"Avropa Cüdo Birliyinin Tibb Komissiyasının tibbi seminarı bu gün başlayıb. İki gün davam esəcək seminarda Avropa və Asiyanın 15-ə yaxın ölkəsindən 30 xarici ekspert və 40 yaxın mütəxəssisin iştirakı gözlənilir. Seminarın Azərbaycanda keçirilməsinin əhəmiyyəti ondan ibarətdir ki, idmançıların yüksək performans göstərməsi, həmçinin onların zədələnməsinin qarşısının alınması və sürətlə sağalması üçün ən qabaqcıl texnologiyaların tətbiq edilməsində maraqlıyıq. Seminarda ekspertlər özlərinin apardığı müxtəlif araşdırmaları təqdim edəcəklər. Ümid edirik ki, seminar həm cüdonun, həm də ümumilikdə idmanın tibb tərəfdən inkişafına töhfə verəcək".

O, federasiyaların təcrübə mübadiləsindən yararlana biləcəklərini söyləyib:

"Burada Avropa və Asiya ölkələrinin milli komandalarının həkimləri iştirak edirlər. Onlar eyni zamanda elmi araşdırmalarla məşğuldurlar, professorlar və mütəxəssislərlə çalışırlar. İldə bir dəfə keçirilən bu seminarda öz araşdırmalarını təqdim edir, fikir mübadiləsi aparırlar. Eyni zamanda idmançıların daha sağlam qalması üçün öz tövsiyələrini və təkliflərini verirlər. Seminarın məqsədi də müxtəlif təcrübə mübadilələri aparmaq, idman qaydalarındakı dəyişikliklərlə bağlı məlimatlar verməkdir. Federasiyalar idmançıların sağlam qalması üçün buradakı təcrübə mübadilələrindən faydalana bilərlər".

Qeyd edək ki, seminar oktyabrın 19-na qədər davam edəcək.

Fərdi
Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Fərdi
Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Fərdi
Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Fərdi
Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Fərdi
Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Fərdi
Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Fərdi
Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Fərdi
ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

Fərdi
Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

Fərdi
AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

AKAF məşqçilər üçün seminarlar təşkil edəcək