Tanınmış türkiyəli mütəxəssis: "Azərbaycanlı futbolçuların yetişdirilməsinə, inkişafına xüsusi diqqət ayrılmalıdır"
Azərbaycanlı futbolçuların yetişdirilməsinə, inkişafına xüsusi diqqət ayrılmalıdır.
Bunu “QELEBE.AZ”a açıqlamasında “Qarabağ” və “Xəzər Lənkəran” klublarının sabiq baş məşqçisi Rasim Kara Azərbaycan yığması ilə bağlı fikirlərini bildirərkən deyib.
O, uşaq futboluna diqqət ayırmağın vacibliyini vurğulayıb:
“Daha uğurlu nəticələr qazanmalıdırlar. Azərbaycanlı futbolçuların yetişdirilməsinə, inkişafına xüsusi diqqət ayrılmalıdır. Aşağı yaş qrupları, uşaq futbolu daha çox inkişaf etdirilməlidir”.
Qeyd edək ki, 74 yaşlı mütəxəssis 2004-2006 və 2008-2009-cu illərdə “Xəzər Lənkəran” klubunu çalışdırıb. 2007-2008-ci illərdə isə “Qarabağ”ın baş məşqçisi olub.

https://qalaba.az//uploads/photo/taninmish-turkiyeli-mutexessis-azerbaycanli-futbolchularin-yetishdirilmesine-inkishafina-xususi-diqqet-ayrilmalidir.webp











