Azərbaycan millisinin baş məşqçisi: "Komandamız yenə sona qədər qorxmadan mübarizə apardı"

Azərbaycan millisinin baş məşqçisi: "Komandamız yenə sona qədər qorxmadan mübarizə apardı"

Komandamız yenə sona qədər qorxmadan mübarizə apardı.

"Report" xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirilən oyundan sonra deyib.

O, rəqibin güclü futbolçulardan təşkil olunduğunu bildirib:

“Rəqibin gücü bəlli idi. Doğma azarkeşlərimiz önündə sərfəli nəticə qazanmağa çalışdıq. Lakin Portuqaliya yığması bizi səhvlərə məcbur edirdi. Düşünürəm ki, ikinci hissəyə daha yaxşı başladıq, qol da vurduq. Ondan sonra qızlarda tələskənlik yarandı, ikinci qolu vurmağa can atdılar. Ancaq səhvlərə yol verdik və dördüncü qolu buraxdıq. Nəticə bizi məyus etdi. Komandamız yenə sona qədər qorxmadan mübarizə apardı”.

Baş məşqçi cavab oyunu barədə də fikirlərini bölüşüb:

“Bugünkü matçı komanda olaraq müzakirə edəcək, səhvlərimizi düzəltməyə çalışacağıq. Bu gün hesab ürəkaçan olmadı. Portuqaliyaya minimum heç-heçə üçün yollanacağıq”.

Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz oktyabrın 29-da Vizelada cavab matçına çıxacaq.

Futbol
Klub turnirlərində ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb

Klub turnirlərində ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb

Futbol
"Barselona" böyük məbləğdə cərimələnib

"Barselona" böyük məbləğdə cərimələnib

Futbol
Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Futbol
Pirlo Belçika millisini çalışdıra bilər

Pirlo Belçika millisini çalışdıra bilər

Futbol
Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Futbol
DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

Futbol
DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

Futbol
Əfsanəvi futbolçu "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlib

Əfsanəvi futbolçu "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlib

Futbol
PFL və "Səbail" klubunun rəhbərliyi arasında görüş keçirilib

PFL və "Səbail" klubunun rəhbərliyi arasında görüş keçirilib

Futbol
Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Futbol
“Traktor” əzəli rəqibinə qalib gəlib

“Traktor” əzəli rəqibinə qalib gəlib

Futbol
Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq