Azərbaycan cüdoçuları Gimnaziadanı birinci yerdə başa vurublar
Azərbaycan cüdoçuları Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında birinci yeri tutub.
"QELEBE.AZ" xəbər verir ki, idmançılarımız Bəhreyn Krallığının paytaxtı Manamada keçirilən yarışı 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vurub.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda ikinci, oğlanlar arasında birinci, qızlar arasında isə doqquzuncu yeri tutub.
Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanıb.
İkinci gündə tatami ustalarının qazancı 1 qızıl, 3 gümüş və 2 bürünc medal olub.

https://qalaba.az//uploads/photo/azerbaycan-cudochulari-gimnaziadani-birinci-yerde-basha-vurublar.webp











