Azərbaycan millisinin baş məşqçisi: "Bakıya əliboş qayıtmamağa və azarkeşləri sevindirməyə çalışacağıq"

Azərbaycan millisinin baş məşqçisi: "Bakıya əliboş qayıtmamağa və azarkeşləri sevindirməyə çalışacağıq"

Çalışacağıq ki, maksimum dərəcədə yaxşı çıxış edib Bakıya əliboş qayıtmayaq və azarkeşləri sevindirək.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsinə hazırlıqlarla bağlı danışarkən deyib.

Mütəxəssis komandada itkilər olduğunu vurğulayıb:

“Sabahdan hazırlığa başlayırıq. İkisi qapıçı olmaqla ümumilikdə 20 nəfər dəvət etmişik. Düşünürəm ki, bu gün üçün ən güclü futbolçulardır. Düzdür, itkilər də var. Bir neçə nəfəri zədə səbəbindən heyətə cəlb edə bilməmişik”.

E.Abdullayev Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları bütün rəqiblərlə bağlı məlumatlı olduqlarını söyləyib:

“Bütün rəqiblərlə bağlı məlumatımız var. Çox fərqli və güclü komandalardır. Bu səbəbdən hər oyun üçün fərqli taktika və strategiyadan yararlanacağıq. Komandamızda çatışmazlıqlar çoxdur. 2-3 gün ərzində bunları düzəltmək çətindir. Çalışacağıq ki, maksimum dərəcədə yaxşı çıxış edib Bakıya əliboş qayıtmayaq və azarkeşləri sevindirək”.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində VII qrupda yer alan Elxan Abdullayevin baş məşqçisi olduğu yığma Kişinyovda İslandiya, İrlandiya və Moldovanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.

Futbol
Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

Futbol
Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Futbol
"Qarabağ"ın müdafiəçisi: "Sabahkı oyunun ciddiyyətinin fərqindəyik"

"Qarabağ"ın müdafiəçisi: "Sabahkı oyunun ciddiyyətinin fərqindəyik"

Futbol
Üç klub kənar şəxslərə, "Sumqayıt" futbolçusuna görə cərimələnib

Üç klub kənar şəxslərə, "Sumqayıt" futbolçusuna görə cərimələnib

Futbol
AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

Futbol
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

Futbol
“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

Futbol
Azərbaycan millisinin futbolçusu zədələnib

Azərbaycan millisinin futbolçusu zədələnib

Futbol
Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

Futbol
"Şamaxı"nın əsas hücumçusu zədələnib

"Şamaxı"nın əsas hücumçusu zədələnib