"Zirə" III turdan təxirə salınan oyunda "Araz-Naxçıvan"ı qəbul edəcək
Bu gün Misli Premyer Liqasının III turundan təxirə salınan oyunda "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək.
"QELEBE.AZ"un məlumatına görə, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
Matçın start fiti saat 19:00-da səslənəcək.
Azərbaycan Premyer Liqası
I dövrə, III tur
6 noyabr
19:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, paytaxt təmsilçisi 11 oyundan sonra 20 xalla dördüncü, Naxçıvan klubu 24 xalla üçüncü pillədə qərarlaşıb.

https://qalaba.az//uploads/photo/zire-iii-turdan-texire-salinan-oyunda-araz-naxchivani-qebul-edecek.webp











