Premyer Liqa: “Neftçi” - “Şamaxı” matçında qalib müəyyənləşməyib
Misli Premyer Liqasının XIII turunda “Neftçi” - “Şamaxı” matçında qalib müəyyənləşməyib.
“QELEBE.AZ” xəbər verir ki, “Neftçi Arena”da baş tutan görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.
“Neftçi”dən Dembo Darbo (1), Murad Məmmədov (3), “Şamaxı”dan isə Brahim Konate (29) və Leroy Mikels (43) fərqlənib.
Qeyd edək ki, turun digər görüşləri noyabrın 9-10-da keçiriləcək.

https://qalaba.az//uploads/photo/premyer-liqa-neftchi-shamaxi-matchinda-qalib-mueyyenleshmeyib.webp











