“Mançester Siti” ardıcıl dördüncü dəfə məğlub olub

“Mançester Siti” ardıcıl dördüncü dəfə məğlub olub

İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Brayton” “Mançester Siti”ni qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Semuel Berrottun idarə etdiyi matç Falmer Stadionunda baş tutub.

Oyuna, gözlənildiyi kimi, “şəhərlilər” daha fəal başlayıb. Təzyiqi artıran qonaqlar 23-cü dəqiqədə istəklərinə çatıblar: Erlinq Holann ikinci cəhddən topu niderlandlı qapıçı Bart Verbrüggenin qoruduğu qapının çərçivəsindən keçirib. Qoldan sonra “qağayılar”lar təşəbbüsü ələ keçirməyə çalışsalar da, braziliyalı qapıçı Ederson Moraes qapısını toxunulmaz saxlaya bilib. Birinci hissə Xosep Qvardiolanın yetirmələrinin minimal üstünlüyü ilə başa çatıb.

İkinci hissənin əvvəlində isə ev sahibləri daha təhlükəli olublar. 52-ci dəqiqədə yarımmüdafiəçi Cek Hinşelvudun başla zərbəsini Ederson dəf edib. 69-cu dəqiqədə “Brayton”un növbəti hücumlarının birində Juan Pedro qapıçı Edersonla üz-üzə qalsa da, zərbəsi dəqiq olmayıb. Uğursuz hücumlara baxmayaraq, 78-ci dəqiqədə Fabian Hürtselerin yetirmələri status-kvonu bərpa ediblər: Juan Pedro cərimə meydançasında yaranmış qarışıqlıqda maksimum yararlanıb. Oyuna nəzarəti itirən “şəhərlilər” cəmi 5 dəqiqə sonra hesabda geri düşüblər: Premyer Liqada debüt oyununa çıxan danimarkalı Mett O’Rayli dəqiq zərbə ilə özünün ilk, komandasının isə qələbə qoluna imza atıb – 2:1.

Beləliklə, bu, “Mançester Siti”nin Premyer Liqada ardıcıl ikinci, bütün turnirlərdə isə ardıcıl dördüncü məğlubiyyəti oldu.

Bu qələbə ilə “Brayton” turnir cədvəlində dördüncü pilləyə yüksəlib. Komandanın aktivində 19 xal var. Onun ən yaxın təqibçiləri “Çelsi” (18 xal) və “Arsenal”dır (18). “Mançester Siti” isə 23 xalla ikinci pillədə qalıb. Ehtiyatında bir oyun olan “Nottingem Forest” isə 19 xalla üçüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə Arne Slotun çalışdırdığı “Liverpul” başçılıq edir.

Qeyd edək ki, günün digər qarşılaşmalarında “Brentford” evdə “Bornmut”a qalib gəlib – 3:2, autsayderlərin – “Vulverhempton” və “Sauthempton”un dueli birincilərin inamlı qələbəsi ilə başa çatıb – 2:0, “Vest Hem” və “Everton” “sülhə” razılaşıb – 0:0, “Kristal Pelas” – “Fulhem” oyunu isə qonaqların iki cavabsız qolu ilə bitib.

Günə Mersisaydda “Liverpul” – “Aston Villa” qarşılaşması ilə yekun vurulacaq.

Turun mərkəzi matçı sabah baş tutacaq: London derbisində “Çelsi” “Arsenal”la münasibətlərinə aydınlıq gətirəcək.

Futbol
"Neftçi"nin daha bir legioneri zədələnib

"Neftçi"nin daha bir legioneri zədələnib

Futbol
"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

Futbol
Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Futbol
Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Futbol
Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Futbol
"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

Futbol
"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Futbol
Millətlər Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Millətlər Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Futbol
Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Futbol
Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb