Frank De Blekere "Səbail" - "Turan Tovuz" matçındakı mübahisəli epizodları şərh edib

Frank De Blekere "Səbail" - "Turan Tovuz" matçındakı mübahisəli epizodları şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasınınn XIII turunda keçirilmiş "Səbail" - "Turan Tovuz" matçındakı mübahisəli epizodları şərh edib.

"QELEBE.AZ" xəbər verir ki, o, baş hakim İnqilab Məmmədovun qərarlarını doğru hesab etdiyini bildirib.

Blekere ilk hissənin sonlarında yaşananlara toxunub:

"42-ci dəqiqədə "Səbail"in futbolçusu Mert Çelik topu cərimə meydançasından uzaqlaşdırır. O, yerə enərkən “Turan Tovuz”un oyunçusu İsmayıl Zülfüqarlının ayağını tapdalayır və Zülfüqarlı yerə yıxılır. Hakim penalti təyin edir. “Səbail”in müdafiəçisi rəqibin ayağına qəsdən təmas etməsə də, hakimin bu qayda pozuntusunu penalti ilə cəzalandırması doğrudur. “Turan Tovuz”un oyunçusu Kristian da Silva penalti zərbəsini yerinə yetirir və topu dirəyə vurur. Top meydana qayıdır və “Turan Tovuz”un üzvü Ayxan Quseynov onu birbaşa qapıya vurur. Hakim bu qolu təsdiqləyir və VAR penalti zərbəsini yoxlayır. VAR görür ki, 11 nömrəli oyunçu zərbə zamanı təyin olunmuş məsafəyə riayət etmir (qayda pozuntusu) və mövqeyindən üstünlük qazanaraq müdaxilə edir. Oyun Qaydalarına 2024-cü ildə edilmiş dəyişikliklərə əsasən, qol ləğv edilməli və oyun sərbəst zərbə ilə bərpa olunmalıdır. Hakimin və VAR-ın yekun qərarı doğrudur".

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Futbol
"Kəpəz" braziliyalı futbolçunu transfer edib

"Kəpəz" braziliyalı futbolçunu transfer edib

Futbol
Mahir Emreli növbəti dəfə zədələnib

Mahir Emreli növbəti dəfə zədələnib

Futbol
"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

Futbol
"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

Futbol
İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

Futbol
Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Futbol
Tanınmış müətəxəssis 31 ildən sonra sabiq komandasına qayıdıb

Tanınmış müətəxəssis 31 ildən sonra sabiq komandasına qayıdıb

Futbol
Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Futbol
"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

Futbol
2022-ci ilin ən yaxşı oyun qurucusu adına namizədlər açıqlanıb

2022-ci ilin ən yaxşı oyun qurucusu adına namizədlər açıqlanıb

Futbol
Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə Türkiyə ilə qarşılaşacaq

Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə Türkiyə ilə qarşılaşacaq

Futbol
“Neftçi” ilə yollarını ayıran futbolçu “Zirə”yə keçməyə yaxındır

“Neftçi” ilə yollarını ayıran futbolçu “Zirə”yə keçməyə yaxındır