Azərbaycan yığmasının baş məşqçisi: "Qarşıya qoyduğumuz hədəflərə doğru necə irəliləyəcəyimizi bilirik"

Azərbaycan yığmasının baş məşqçisi: "Qarşıya qoyduğumuz hədəflərə doğru necə irəliləyəcəyimizi bilirik"

Qarşıya qoyduğumuz hədəflərə doğru necə irəliləyəcəyimizi bilirik.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın qadın basketbolçulardan ibarət yığmasının baş məşqçisi Evren Alkaya AVRO-2025-in seçmə mərhələsində Polşa və Litva millilərinə qarşı oyunların nəticələrini dəyərləndirərkən deyib.

Türkiyəli mütəxəssis güclü rəqiblərə qarşı oynadıqlarını qabardıb:

“AVRO-2025-in seçmə mərhələsində 50 illik və uğurlu tarixi olan ölkələrə qarşı oynadıq. Bu ölkələrdə insanlar həqiqətən də basketbolu yüksək səviyyədə anlayırlar. Heyətlə bağlı ciddi şəkildə çalışırlar, yaxşı rotasiyalar edirlər. Biz isə hələ iki ildir formalaşmışıq. Komandamız üçün çox ciddi dərsdir. Avropa basketbolunda yüksək səviyyədə çıxış etmək üçün nə lazım olduğunu öyrənirik. Həmçinin oyunçuları hansı səviyyəyə gətirəcəyimizi düşünürük. Kimlərlə yola davam edəcəyik və ya vidalaşcağıq - bunları öyrənirik. Turnir bu baxımdan çox önəmlidir. Qarşıya qoyduğumuz hədəflərə doğru necə irəliləyəcəyimizi bilirik".

Baş məşqçi turnirdə iştirakın Azərbaycan basketbolu üçün faydalı olduğunu deyib:

“Deyiləcək bir söz yoxdur, ribaund ala və müdafiə oluna bilmirsənsə, nəsə etmək mümkün deyil. Bu səviyyədə iki oyun keçirdilər, basketbolçular üçün çox çətindir. Təcrübəli oyunçularımız əllərindən gələni etdilər, çox yoruldular. Turnirdə iştirak Azərbaycan basketbolu üçün böyük addımdır”.

Qeyd edək ki, E.Alkayanın baş məşqçisi olduğu milli AVRO-2025-in seçmə mərhələsində son iki oyunda Polşaya 51:105, Litvaya 47:108 hesabı ilə məğlub olub.

Komanda
"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

Komanda
Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Komanda
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb