Azərbaycan millisinin baş məşqçisi: "Qol imkanlarını dəyərləndirə bilmədik"

Azərbaycan millisinin baş məşqçisi: "Qol imkanlarını dəyərləndirə bilmədik"

Qol imkanlarını dəyərləndirə bilmədik.

"Report"un məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

Mütəxəssis İslandiyaya 0:2 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələsindəki ilk oyunla bağlı fikirlərini bölüşüb:

“Yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Matçın əvvəlində bir neçə səhvə yol verdik və qol buraxdıq. İkinci hissədə təşəbbüs tamamilə bizim tərəfimizdə idi. Rəqibin gücünə baxmayaraq, qol imkanlarında onları xeyli üstələyirdik. Məğlubiyyətin əsas səbəbini yaranan şansları qola çevirməməyimizdə görürəm. İki qol buraxsaq da, vəziyyəti dəyişə bilərdik. Lakin yetərincə qol imkanlarını dəyərləndirə bilmədik”.

Baş məşqçi qarşıdakı matça 3 xal qazanmaq üçün çıxacaqlarını söyləyib:

“Növbəti rəqibimiz İrlandiya millisidir. Birinci oyunda uduzmağımıza baxmayaraq, hələ də şanslarımız qalır. Qarşıdakı görüşdə sona qədər vuruşacağımıza inanırıq. Üç xal bizim üçün çox önəmlidir və meydana məhz bu məqsədlə çıxacağıq”.

Qeyd edək ki, U-19 millimizin İrlandiya ilə oyunu noyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda keçiriləcək.

Futbol
"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

Futbol
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

Futbol
“Qəbələ”nin futbolçusu: “Milliyə niyə çağırılmamağım özümə də maraqlıdır”

“Qəbələ”nin futbolçusu: “Milliyə niyə çağırılmamağım özümə də maraqlıdır”

Futbol
DÇ-2022 üçün satılmış biletlərin sayı bəlli olub

DÇ-2022 üçün satılmış biletlərin sayı bəlli olub

Futbol
Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Futbol
Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bəlli olub

Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bəlli olub

Futbol
Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Futbol
İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

Futbol
"Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

"Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

Futbol
PSJ Messiyə yeni müqavilə təklif edib

PSJ Messiyə yeni müqavilə təklif edib

Futbol
Niderland millisinin üzvünə "Qızıl qaban" mükafatı verilib

Niderland millisinin üzvünə "Qızıl qaban" mükafatı verilib

Futbol
Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Azərbaycan millisi Moldova ilə qarşılaşacaq