Musa Qurbanlı: "İnanıram ki, Estoniya ilə matçda yaxşı oyun göstərəcəyik"
İnanıram ki, yaxşı oyun göstərəcəyik.
"QELEBE.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, bunu Qəbələdə keçirilən mətbuat konfransında Azərbaycan millisinin üzvü Musa Qurbanlı deyib.
22 yaşlı hücumçu UEFA Millətlər Liqasında sabah Estoniya ilə keçiriləcək oyuna qələbə üçün çıxacaqlarını bildirib:
"Komandada əhval-ruhiyyə yaxşıdır. Məqsədimiz sabahkı oyunda qələbə qazanmaqdır".
Qeyd edək ki, Azərbaycan milli komandası C Liqasının I qrupunda sabah Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/musa-qurbanli-inaniram-ki-estoniya-ile-matchda-yaxshi-oyun-gostereceyik.webp











