“Qarabağ”ın cəzalandırılan baş məşqçisi: “AFFA-nın aşağı liqa hakimlərini ciddi nəzarətə götürməsini istərdim"

“Qarabağ”ın cəzalandırılan baş məşqçisi: “AFFA-nın aşağı liqa hakimlərini ciddi nəzarətə götürməsini istərdim"

AFFA-nın aşağı liqa hakimlərini ciddi nəzarətə götürməsini istərdim.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Qarabağ”ın 15 yaşadək oğlanlardan ibarət komandasının baş məşqçisi Rauf Əliyev “Turan Tovuz”la matçda baş verənlər səbəbindən 5 oyunluq cəzalandırılması barədə danışarkən deyib.

Mütəxəssis AFFA-nın aşağı liqalardakı hakimləri nəzarətə götürməsinin vacibliyini vurğulayıb:

“Uşaq liqalarında hakimlik bərbad vəziyyətdədir. Federasiya tərəfindən nəzarət yoxdur. Bəlkə də hakimlərin əksəriyyəti karyerasına bu oyunlarda başlayır, təcrübələri yoxdur. Tovuzda hakimin danışığına görə çox əsəbiləşmişdim. Futbolçularımızın üzərinə qışqırırdı, onlara sərt reaksiya verirdi. Başa salmaq istəyirdim ki, futbolçularımın üzərinə qışqıra bilməzsən. Bundan sonra ara qarışdı, söz davası oldu. AFFA-nın aşağı liqa hakimlərini ciddi nəzarətə götürməsini istərdim. Hakim-inspektor olmadığı üçün oyunlarda çox problemlər yaşanır”.

O, komanda yoldaşını təhqir etdiyi üçün cəzlandırılan futbolçusunun hərəkəti haqqında da fikirlərini söyləyib:

“Futbolçumuz heç kimi təhqir etməmişdi. Sadəcə, komanda yoldaşını bir qədər yüksək səslə çağırdığı üçün hakim onun sözlərini təhqir kimi qəbul edib. Məni qırmızı vərəqə ilə uzaqlaşdırandan sonra komandamıza qarşı tam fərqli münasibət göstərdi. Hətta uşaqlar gəlib bildirdilər ki, hakim onlara “görün məşqçinizə görə sizi nə günə qoyacam” deyib. Ardınca qapıçımıza qırmızı vərəqə verməsi təsadüf deyildi. Birinci dəfədir bu cür halla rastlaşırdım. Belə danışan hakim, ümumiyyətlə, futboldan uzaqlaşdırılmalıdır. Məşqçiləri, futbolçuları cəzalandırırlar. Bəs hakimə cəzanı kim verəcək? Bu, futbolumuzun nə qədər bərbad vəziyyətdə olmasının göstəricisidir. Əslində, hakimə ağır söz deməmişəm. O isə istədiyini edirdi”.

35 yaşlı keçmiş hücumçu qərardan apellyasiya şikayəti verib-verməyəcəkləri barədə sualı qısa cavablandırıb:

“Yəqin ki, buna klub qərar verəcək”.

Qeyd edək ki, R.Əliyev “Turan Tovuz”la matçda hakimləri təhqir etməsi əsası ilə 5 oyunluq cəzalandırılıb. Bununla yanaşı müstəsna hal olaraq 500 manat cərimələnib.

Futbol
İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

Futbol
"Şamaxı" klubu futbolçusu ilə müqaviləni ləğv edib

"Şamaxı" klubu futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa gedəcək

AFFA rəsmisi "Trabzonspor"un oyununa gedəcək

Futbol
Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Futbol
Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Futbol
Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Futbol
"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

Futbol
UEFA Qara Qarayevi təbrik edib

UEFA Qara Qarayevi təbrik edib

Futbol
"Sumqayıt"ın baş məşqçisi: "Tez qol vurmaq bizə yaxşı təsir etmədi"

"Sumqayıt"ın baş məşqçisi: "Tez qol vurmaq bizə yaxşı təsir etmədi"

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

Futbol
"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb