Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib

Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib

Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə adı çəkilən şəhərdə, o cümlədən Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimlər iştirak edib.

Seminarın nəzəri hissəsi Mingəçevir Gənclər Evində baş tutub. Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli çıxış edərək bu layihəyə görə AGF-yə təşəkkür edib və belə seminarların ənənəvi olmasını arzulayıb. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev qurumun bölgələrdə güləşin inkişafı üçün atdığı addımlardan danışıb.

Daha sonra qadın güləşi üzrə yeniyetmə və gənclərdən ibarət millinin məşqçisi Həsrət Məmmədyarov və yunan-Roma güləşi üzrə U-17 millisinin məşqçisi Elbrus Məmmədov region məşqçilərinə tövsiyələrini çatdırıblar. Onlar yeniyetmə idmançılara həddən çox çəki salmağın fəsadlarını xüsusilə qeyd etməklə yanaşı, bu prosesin milli komandaların məşqçilərinin işinə də əngəl törətdiyini vurğulayıblar. I-S kateqoriyalı referi Sədi Quliyev müxtəlif yarışlardan hazırlanmış videoları nümayiş etdirərək, hakimlər tərəfindən verilmiş qərarları şərh edib.

Seminarın praktiki hissəsi isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib. Əvvəlcə H.Məmmədyarov sərbəst, daha sonra isə E.Məmmədov yunan-Roma güləşi üzrə nümunəvi məşq keçib.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi sabah Qəbələ şəhərində keçiriləcək.

Fərdi
Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

Fərdi
Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib