Vaqif Sadıqov: "Azərbaycanlı futbolçuların ayrı-ayrı ölkələrdə oynamasına şərait yaratmalıyıq"

Vaqif Sadıqov: "Azərbaycanlı futbolçuların ayrı-ayrı ölkələrdə oynamasına şərait yaratmalıyıq"

Azərbaycanlı futbolçuların ayrı-ayrı ölkələrdə oynamasına şərait yaratmalıyıq.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, veteran futbolçu Vaqif Sadıqov deyib.

Moldovada baş tutan oyunları tribunadan canlı izləyən 65 yaşlı mütəxəssis Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının Avropa çempionatının seçmə mərhələsində göstərdiyi nəticələri dəyərləndirib:

“Reallığı dərk etmək lazımdır. Uşaqlar əllərindən gələni etdilər. Son saniyələrdə sırf öz səhvimizə görə qələbəni əldən verdik. Ancaq heyətlərə diqqət etmək lazımdır. İrlandiyanın heyətində İngiltərənin “Sauthempton”, “Kristal Pelas”, “Liverpul” kimi klublarında, İtaliya və ümumiyyətlə, “Böyük beşlik” ölkələrinin çempionatlarında çıxış edən futbolçular var idi. Bundan əlavə, rəqibin heyətində Danimarka, Belçika, İsveçrə kimi ölkələrdə oynayan futbolçular yer almışdılar. Moldova yığmasının rəsmiləri ilə danışdım, dedilər ki, 19 yaşa qədər olan 400-ə yaxın futbolçuları xaricdə oynayır. Özü də hər biri rəqabətli çempionatlarda çıxış edirlər”.

Millinin sabiq baş məşqçisi beynəlxalq yarışlarda nəticə qazanmaq üçün Azərbaycan çempionatının səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb:

“Xoşuma gələn odur ki, ardıcıl iki məğlubiyyətdən sonra üçüncü oyunda futbolçular özlərində güc tapıb mübarizə apardılar və 1 xal qazandılar. Adlarını çəkmək istəməzdim, elə futbolçular var ki, yaşca böyük rəqiblərə qarşı oynadılar. İstedadlı, potensialı olan futbolçularımız var. İnanıram ki, gələcəkdə Azərbaycan futboluna fayda verəcəklər. Mübarizə aparan komanda var, amma bunun üzərinə keyfiyyət gəlməsə, nəticə qazanmaq çox çətin olacaq. Bu gün çalışmalıyıq ki, futbolçularımız təzyiq altında, rəqabətli çempionatda çıxış etsinlər. Öz çempionatımızın səviyyəsini artırmalıyıq. Ya da futbolçuların ayrı-ayrı ölkələrdə oynamasına şərait yaratmalıyıq. 19 yaş elə bir yaş dövrüdür ki, futbolda böyük addımlar atırsan. Özlərini göstərmələri üçün imkan yaradılmalıdır”.

Qeyd edək ki, Elxan Abdullayevin çalışdırdığı U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində yer aldığı 7-ci qrupda cəmi 1 xal toplayıb. İslandiyaya 0:2, İrlandiyaya 0:4 hesabı ilə uduzan komanda Moldova ilə bərabərə qalıb - 2:2.

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
UEFA Rusiyaya təzminat ödəyib

UEFA Rusiyaya təzminat ödəyib

Futbol
Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Futbol
"Sumqayıt"ın stadionunda köməkçi meydançanın ot örtüyü dəyişdirilir

"Sumqayıt"ın stadionunda köməkçi meydançanın ot örtüyü dəyişdirilir

Futbol
FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

Futbol
Emin Mahmudov: "Qazaxıstan və Slovakiya ilə oyunlara qələbə üçün çıxacağıq"

Emin Mahmudov: "Qazaxıstan və Slovakiya ilə oyunlara qələbə üçün çıxacağıq"

Futbol
Rusiya kubokunda oyun zamanı kütləvi dava baş verib  - VİDEO

Rusiya kubokunda oyun zamanı kütləvi dava baş verib - VİDEO

Futbol
Azərbaycanın cüdo yığmasının dünya çempionatındakı medal sıralamasında mövqeyi bəlli olub

Azərbaycanın cüdo yığmasının dünya çempionatındakı medal sıralamasında mövqeyi bəlli olub

Futbol
"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

Futbol
Dünyada ilin məşqçisi açıqlanıb

Dünyada ilin məşqçisi açıqlanıb

Futbol
Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Futbol
Samir Əliyev: "Əsas hədəf qısa müddətdə heyəti formalaşdırmaqdır"

Samir Əliyev: "Əsas hədəf qısa müddətdə heyəti formalaşdırmaqdır"