MOK-un 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil edilib

MOK-un 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil edilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Milli Olimpiya Komitəsinin (MOK) 30 illiyinə həsr olunmuş konsert proqramı baş tutub.

MOK-un mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, əvvəlcə qurumun baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və dünyanın 15 ölkəsinin Olimpiya Komitələrinin prezidentləri, rəsmi şəxsləri Olimpiya Mədəniyyəti və Təhsili Proqramının (OCEP) pavilyonuna baxış keçirib.

OCEP proqramına daxil olan 8 məktəbin təmsil etdikləri ölkələrlə bağlı məlumat xarakterli pavilyon qonaqların marağına səbəb olub. Orada A.Vəliyev adına 286 saylı tam orta məktəb Polşanı, E.Əliyev adına 162 saylı tam orta məktəb Yunanıstanı, N.Həmzəyev adına 238 saylı tam orta məktəb Gürcüstanı, Y.Kovalyov adına 229 saylı tam orta məktəbi- Slovakiyanı, 158 saylı tam orta məktəb İtaliyanı, İ.Əfəndiyev adına Elitar Gimnaziya Türkiyəni, Bakı Avropa liseyi Yaponiyanı və Z.Məmmədov adına 171 saylı tam orfa məktəb Sloveniyanı təmsil edib.

Məktəblilər təmsil etdikləri ölkələrin olimpiya çempionları, adət-ənənələri, mədəniyyəti və mətbəxi haqqında məlumatları qonaqlara çatdırıblar. Pavilyona baxışdan sonra filarmoniyanın səhnəsində OCEP proqramının iştirakçısı olan İspaniyanı və təmsil edən Bülbül adına Orta İxtisas musiqi məktəbinin şagirdlərinin möhtəşəm konserti baş tutub. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertin sonunda isə xalq artisti, MOK-un səfiri Tünzalə Ağayeva Azərbaycan Televiziyası və Radiosu Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xorunun üzvlərinin iştirakı ilə “Bizim Zaman” mahnısını ifa edib. Bu ifaya OCEP proqramına daxil olan 54 məktəbin şagirdləri təmsil etdikləri ölkələrin bayraqları ilə qoşulublar. Konsert proqramının OCEP-in dostluq, sülh ideyasını təbliğ edən sonluğunu qonaqlar ayaq üstə alqışlayıblar.

MOK-un 30 illik yubileyinə həsr olunan OCEP proqramında 54 məktəbin direktor, müəllim və şagirdləri də iştirak ediblər.

Qeyd edək ki, Olimpiya Mədəniyyəti və Təhsili Proqramını Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalı dövründə Milli Olimpiya Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, Olimpiya Həmrəyliyi və Avropa Olimpiya Komitəsi, həmçinin Təhsil Nazirliyi və Festivalın Əməliyyat Komitəsi birgə təşkil edib. OCEP proqramının Avropa Gənclər Olimpiya Festivalının yay-qış buraxılışlarında, olimpiya oyunları və hətta istənilən böyük idman tədbirləri çərçivəsində də icra olunması mümkündür.

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

Fərdi
Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərdi
Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

Fərdi
Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Fərdi
Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"