Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

"Həm azarkeşlər, həm də tamaşaçılar üçün yaxşı oyun alındı. Hər iki tərəf qol epizodları yaradırdı".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf evdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis qonaqların aqressiv və kobud oynadığını bildirib: "Amma sarı vərəqələri ancaq bizim komandanın üzvləri alırdı. "Qəbələ"nin 2-3 qol şansı oldu. Rəqibə çox imkan verirdik. Halbuki oyunu daha tez bağlamalı idi".

O, "Sumqayıt"la oyundakı heç-heçənin təsadüfi olduğunu söyləyib: "Üzülürük, çünki 2 vacib xal itirdik. Hər oyuna qələbə üçün çıxırıq. Zədəlilərimiz var. Bu gün Kenni Sayefi də itirdik. Mamadu Mbocun durumu bəlli deyil. Eddi İsrafilovla Azər Əliyevin bizimlə olacaqları də dəqiq bilinmir. Qışadək maksimum xallar qazanmağa çalışacağıq. Qışda yeni transferlər olacaq. Fasilədən sonra daha yaxşı oynayacağımı deyə bilərəm".

47 yaşlı baş məşqçi məyusluğunun yaxaladıqları şansları qola çevirə bilməməklə əlaqələndirib: "Daxilən sevincliyəm. Oyunda bəzi məqamlar var ki, onlar olmamalıdır. Öz epizodlarımız zamanı bəzən düzgün qərar vermirik. Bu da beynimdə müəyyən suallar yaradır".

Regekampf Qodsvey Donyonun çıxışına da toxunub: "Hazırda əlimizdə olan oyunçular bizim üçün qızıla bərabərdir. Onları növbəti matçlara hazırlamalıyıq. Qarşıda çox oyun var. İndi dəyişə biləcəyimiz bir şey yoxdur. Donyo bu gün sonadək döyüşdü. Göstərdiyi əzmkarlıq məndə gələcəyə inam yaratdı".

Təcrübəli mütəxəssis çempionluq uğrunda sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Məni xal fərqi maraqlandırmır. Öz problemlərimizi həll etməliyik. Hazırda bizim üçün vacib olan amil 2-ci yeri tutmaqdır. "Sabah" - "Qarabağ" görüşü heç-heçə bitsə, yaxşı olar. Amma buna inanmıram. Çünki açıq futbol gedəcək".

Futbol
"Neftçi"nin futbolçusu Azərbaycan pasportu alıb

"Neftçi"nin futbolçusu Azərbaycan pasportu alıb

Futbol
"Qarabağ" - "Nant" oyunu başlayıb

"Qarabağ" - "Nant" oyunu başlayıb

Futbol
Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
Azərbaycan Birinci Divizionu dünyada ilk “10-luğ”a düşüb

Azərbaycan Birinci Divizionu dünyada ilk “10-luğ”a düşüb

Futbol
Qurban Qurbanov: "Kadi Borgesin zədələnməsi planlarımızı pozdu"

Qurban Qurbanov: "Kadi Borgesin zədələnməsi planlarımızı pozdu"

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib

Futbol
Almaniya yığması futbol üzrə yoldaşlıq görüşündə Omanı məğlub edib

Almaniya yığması futbol üzrə yoldaşlıq görüşündə Omanı məğlub edib

Futbol
Məşhur argentinalı futbolçunun forması hərraca çıxarılıb

Məşhur argentinalı futbolçunun forması hərraca çıxarılıb

Futbol
İngiltərə yığmasının futbolçusu tarixə düşüb

İngiltərə yığmasının futbolçusu tarixə düşüb

Futbol
AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Futbol
Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"