Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub
İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub.
"Report"un məlumatına görə, 36 yaşlı hücumçu buna Liqa mərhələsinin V turunda Fransa təmsilçisi "Brest"lə matçda dubl etməklə nail olub.
Beləliklə, polşalı forvard qitənin bir nömrəli klub turnirində 101-ci dəfə fərqlənib.
Əvvəllər yalnız Kriştianu Ronaldu (140) və Lionel Messi (129) 100 qol səddini keçib.
Qeyd edək ki, "Barselona" rəqibini 3:0 hesabı ilə üstələyib.

https://qalaba.az//uploads/photo/levandovski-chempionlar-liqasinda-100-den-chox-qol-vuran-uchuncu-futbolchu-olub.webp











