"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6

"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6

"Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.

"QELEBE.AZ"un məlumatına görə, XV turun sonuncu oyunu "Neftçi Arena"da keçirilib.

Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 27, 56-cı dəqiqələrdə Leandro Andrade, 53-cü dəqiqədə Nəriman Axundzadə fərqləniblər.

Turnir cədvəlinin birinci pilləsində qərarlaşan "Qarabağ" xallarının sayını 37-yə çatdırıb. "Ağ-qaralar" 13 xalla 8-ci sıradadır.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.

20:21

Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda üçüncü qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, Ağdam təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.

"Köhlən atlar"ın heyətində Leandro Andrade 56-cı dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

20:18

Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ikinci qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, Ağdam təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.

"Köhlən atlar"ın heyətində 53-cü dəqiqədə Nəriman Axundzadə fərqlənib.

20:08

Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Ağdam təmsilçisi hazırda hesabda öndədir - 1:0.

"Köhlən atlar"ın heyətində 27-ci dəqiqədə Leandro Andrade fərqlənib.

19:51

Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, Ağdam təmsilçisi hazırda hesabda öndədir - 1:0.

"Köhlən atlar"ın heyətində 27-ci dəqiqədə Leandro Andrade fərqlənib.

19:33

Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, 27-ci dəqiqədə Ağdam təmsilçisi hesabı açıb.

"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.

20:00

Misli Premyer Liqasının XV turundakı "Neftçi" - "Qarabağ" oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, "Neftçi Arena"dakı qarşılaşma saat 19:00-da start götürüb.

Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.

Futbol
"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

Futbol
DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

Futbol
Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Futbol
“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

Futbol
Argentina 3 qat dünya çempionu olub

Argentina 3 qat dünya çempionu olub

Futbol
Çimərlik futbolu üzrə Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda uduzub

Çimərlik futbolu üzrə Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda uduzub

Futbol
"Barselona" London klublarından futbolçular transfer edib

"Barselona" London klublarından futbolçular transfer edib

Futbol
Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Futbol
Kriştianu Ronaldu "Real Madrid"in bazasında məşq edir

Kriştianu Ronaldu "Real Madrid"in bazasında məşq edir

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib

Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib

Futbol
"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq