İngiltərə Kubokunun 1/32 final mərhələsinin püşkü atılıb

İngiltərə Kubokunun 1/32 final mərhələsinin püşkü atılıb

Futbol üzrə İngiltərə Kubokunun (FA Kuboku) 1/32 final mərhələsinin püşkü atılıb.

“QELEBE.AZ” xəbər verir ki, turnirin üçüncü raundu 32 oyundan ibarət olacaq.

Raundun mərkəzi qarşılaşması Londonda oynanılacaq – Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” Ruben Amorimin “Mançester Yunayted”ini qəbul edəcək. Premyer Liqa komandalarının üz-üzə gələcəyi digər qarşılaşma Birminhemdə keçiriləcək – “Aston Villa” “Vest Hem”lə münasibətlərinə aydınlıq gətirəcək.

Bundan başqa, Premyer Liqanın vahid lideri “Liverpul” Liqa 2-də (səviyyəcə üçüncü liqa) çıxış edən “Akkrinqton” ilə qarşılaşacaq. “Mançester Siti” “Selford Siti”ni (Liqa 2), “Çelsi” “Morkam”ı (Liqa 2), “Tottenhem” isə “Tamuert”i (Milli Liqa – səviyyəcə beşinci liqa) sınağa çəkəcək. “Şəhərlilər” və “zadəganlar” evdə, “mahmızlar” isə səfərdə oynayacaqlar.

2025-ci ilin yanvarın 9-da və 13-də baş tutacaq matçların qalibləri dördüncü raunda – 1/16 finala vəsiqə qazanacaqlar. Həmin oyunların eyni ayın sonunda keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, İngiltərə Kubokunun üçüncü raundunda oyun heç-heçə başa çatarsa, komandalar rəqibin meydanında cavab matçına (“replay”) çıxacaqlar. Cavab qarşılaşmasında heç-heçə olduğu təqdirdə, qalib əlavə vaxtda və lazım gələrsə, penalti seriyasında müəyyənləşəcək. Cavab oyunları yalnız üçüncü və dördüncü raundlar üçün nəzərdə tutulub. Beşinci raunddan başlayaraq, hesab bərabər olarsa, dərhal əlavə vaxt və penalti seriyası təyin ediləcək.

Futbol
Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Futbol
Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

Futbol
PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Futbol
"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

Futbol
"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
“Sabah”ın baş məşqçisi: "Parlaq oyunun şahidi olduq"

“Sabah”ın baş məşqçisi: "Parlaq oyunun şahidi olduq"

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək"

Sergey Kleşenko: "Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək"

Futbol
"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

Futbol
"Kəpəz"in baş məşqçisi Rauf Əliyevlə bağlı məsələyə aydınlıq gətirib

"Kəpəz"in baş məşqçisi Rauf Əliyevlə bağlı məsələyə aydınlıq gətirib

Futbol
"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

Futbol
Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb